Masallıda internetin surəti artacaq. Necə?


4-5 ay sonra bu rayonda internet daha əlçatan olacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi  ölkənin 4 ərazisində - Abşeron, Sumqayıt, Gənc və Masallı rayonlarında fəaliyyət göstərən ETAS-in yenidən qurulması, rekonstruksiya edilməsi sahəsində işlərə start verib. Göründüyü kimi, bu ərazilər içərisində Masallı yeganə kənd rayonudur. Əldə etdiyimiz məlumata görə, bu ilin mart ayından başlayaraq ölkənin 4 ərazisində, o cümlədən onların içərisində yeganə kənd rayonu olan Masallıda internet xətlərinin optikləşdirilməsinə başlanmışdır. Bu nə deməkdir? Bu o deməkdir ki, hazırda Masallı rayonunda  34 EATS varsa, bunların sayı  102-yə çatacaq. Və bu EATS-lərin avadanlıqları tam yenilənib, ən müasir aparatlarla təmin olunacaq. Konkret bir misal deyək. Rayonun ən böyük ərazisi Ərkivan qəsəbəsində (Lürən kəndi də daxil) cəmi 1 EATS var idisə, bu yenidənqurmadan sonra həmin EATS-in sayı 7-ə çatacaq. EATS-in çoxalması və yenilənməsi nələrə səbəb olacaq? Ən sadə formada izah edək ki, EATS-dən internet istifadəçinin evinə olan məsafə nə qədər az olsa, həmin evdə internet daha yüksək olacaq. İndi rayonda elə  ərazilər var ki, EATS-lə abonentin evinin arası 6-7 kilometr olur. Bu yenidənqurmadan sonra isə maksimum məsafə 2-3 kilometr olacaq. Həm məsafənin qısalması, həm xətlərin EATS-ə qədər optik kanallarla əvəzlənməsi, avadnlıqların tam   yenilənməsi internetin sürətinin artırılmasına əsaslı təsir edəcək.

Hazırda işlər nə yerdədir? Artıq rayonun nisbətən əhalisi az olan Mololon, Binə Xocavar, Viləş, Qızılağac, Xanalion, Öncəqala ərazilərində yenirənqurma işlərinə başlanılıb.

Bu işlərin tam yekunlaşması isə  ilin sonuna nəzərdə tutulmuşdu. Lakin avadanlıqların gətirilməsi bir qədər yubandığı üçun, yəqin ki, 2020-ci ilin əvvəlində biz sürətli internetdən istifadə etmək imkanı qazanacağıq.  Həmçinin, adı çəkilən qurğular quraşdırıldıqdan sonra masallılar kabel televiziyasında, eləcə də internetin imkan vediyi digər vasitələrdən də istifadə edə biləcəklər.

Məlumat üçüün bildirək ki, hazırda Masallıda  8 proveyder fəaliyyət göstərir. Ümumilikdə rayonda 12 minə yaxın internet istifadəçisi var. Onların da yarıdan çoxu kənd yerlərindədir. İndi Masallının ən ucqar kəndinlərində  belə internetdən faydalanmaq imkanı var.

Bir dahaa xatırladım ki, yaxın vaxtlarda Masallı rayonu nəinki cənub bölgəsində, bütün ölkədə kənd rayonları içərisində (eləcə də əksər şəhər tipli rayonlar içərisində) sürətli internetdən faydalanan yeganə rayon olacaq.


Hazırladı: Türkan

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 640

Təcili satılır!

  • 04:07
  • 2 038
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter