• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Avtomobil bazarında son durum: qiymətlər qalxdı


Bakının avtomobil bazarlarında qiymət artımı müşahidə olunur. Qiyməti yüksələn avtomobillər xüsusilə Almaniya istehsalı olan maşınlardır.

Axar.az xəbər verir ki, qiymət artımı hər markadan olan avtomobillərdə müşahidə olunur. Bu səbəbdən də Bakının avtomobil bazarlarında durğunluq yaşanır. Satıcılar bildirir ki, avtomobillərin qiyməti hər gün artır. Belə ki, son 3 ayda hər bir avtomobilin qiymətində 1000-2000 manat artım qeydə alınıb.

Bazarda ən çox tələb isə mühərrik həcmi kiçik olan, yəni benzin az tələb edən avtomobillərədir. Bu tələb də məhz bu kateqoriyadan olan avtomobillərin qiymətini artırır.

Məlumata görə, alıcılar indi daha çox ehtiyat hissələri ucuz olan avtomobil almağa üstünlük verir. Almaniya istehsalı olan avtomobillərə tələbat çox olduğu üçün bu maşınların da qiyməti qalxıb.

Rusiya istehsalı olan kondisionersiz avtomobillərin də qiyməti bahalaşıb.

Satıcıların sözlərinə görə, payıza doğru bazarda canlanma olmasına baxmayaraq, qiymətlərin ucuzlaşacağı gözlənilmir.

Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 498

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter