Dadaşbala Düniyev 2-ci dəfə “İlin müəllimi”oldu||--||


Dadaşbala Düniyev 2-ci dəfə “İlin müəllimi”oldu||--||

Masallı rayonunun Ərkivan qəsəbəsində yerləşən Həsənəküçə tam orta məktəbinin müəllimi, bu yaxınlarda “Respublikanın əməkdar müəllimi” adına layiq görülmüş Dadaşbala Düniyev ölkə başçısının sərəncamı ilə 2-ci dəfə “İlin müəllimi” adına layiq görülüb. Dadaşbala müəllimi bu uğuruna görə təbrik edirik. Sözün həqiqi mənasında o, buna layiqdir.

Bəs bu uğuru Masallı təhsilinin uğuru saymaq olarmı?

Yeni il ərəfəsində ölkə Prezidentinin sərəncamı ilə ilin ən yaxşı 50 məktəbi də müəyyənləşib. Cənub bölgəsində bu ada 4 məktəb - Lənkəranın 4 saylı (2-ci dəfə), Cəlilabadın Göytəpə, Astaranın 2 saylı və Yardımlının Çayüzü tam orta məktəbləri layiq görülüb. Cənubda yalnız Masallı və Lerik rayonlarındakı məktəblərdən heç biri bu şərəfə yüksələ bilməyib. Bir balaca müqayisə aparsaq, qəribə mənzərə yaranar. Əhalisi Masallıdan bir neçə dəfə az olan Bərdənin 2, Ağstafanın 2, Şəkinin 3 (bu rayonun 2 müəllimi də “İlin müəllimi” adını qazanıb), Zaqatalanın 2, Şirvanın 2, Mingəçevirin 2 məktəbi bu fəxri ada layiq görülüb. Lakin Masallıda 3 ildir ki, Masallı şəhər 1 saylı tam orta məktəbindən sonra heç bir məktəb bu ada layiq görülmür. Əslində təəccüblü bir şey yoxdur. 2010-cu ildə də Masallı təhsili Misir Mərdanovun çıxışında ölkə üzrə ən sonuncu, yəni təhsilin ın zəif olduğu yer olmuşdu.

Əgər bu iş “şirinlik”, xətir-hörmətlə görülürsə, artıq bazara dönmüş təhsil şöbəsi niyə xəsislik edir? Əgər təhsilə, intellektə görə verilirsə, 5 ildən artıq Masallı təhsilini bərbad günə qoyan təhsil başqanı Astan İbişov haqqında niyə tədbir görülmür?

Yada türk dünyasının tanınmışı Atatürklə bağlı bir əhvalat düşür. Atatürk rəhbərliyinin ilk illərində bir vilayət məktəbinə gedir. Məktəbi də, oradakı müəllimləri də pis gündə görür. Məktəbdən çıxıb bir küçəyə dönür. Küçə də bərbad halda olur. Atatürk yavərindən soruşur ki, küçə niyə bu gündədir? Yavər deyir ki, maddiyatla bağlıdır. Atatürk deyir ki, bu, təkcə maddiyat məsələsi deyil, o cür məktəbi, müəllimi olan məktəbin küçəsi elə bu gündə olmalıdır.

Bu gün Masallının bərbad gündə olan küçələrini görəndə təhsil şöbə müdiri Astan İbişov yada düşür. Bu səviyyəli təhsil şöbə müdiri olan rayonda təhsil də bu gündə olmalıdır, onun küçəsi də.



 

R4suloffR4suloff

OXUNMA SAYI :1120

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff