"Babək"in cəlilabadlı "sərkərdəsi" " Rasim Balalayev indi məni görsə tanımaz"

  • 21.08.2019, 16:50,
  • Tarix
Onu çoxları tanımır, amma “Babək” filmində sərkərdələrdən biri rolunda oynayan Əli Əliyev dəfələrlə mavi ekranlarda görünüb. Hazırda Cəlilabadın Yusifli kəndində yaşayan qəhrəmanımızla görüşümüz nəhayət ki, baş tutdu. Ə.Əliyev 1958-ci ildə Bakıda anadan olub və sonradan isə Cəlilabadın Yusifli kəndində yaşamağa başlayıb. 



Filmə çəkilməsi isə təsadüf olub. Deyir ki, o, onda Bədən Tərbiyəsi İnstitutunda tələbə olub:

“1979-cu ildə Bədən Tərbiyəsi İnstitutunda oxuyurdum. Filmdə epizodlarda çəkilmişəm və demək olar ki, filmin çox hissəsində varam. Həmin vaxt filmin ikinci rejissoru Akif Rüstəmov oxuduğum institutdan “Babək” filmi üçün tələbələri seçirdi və orda tələbə yoldaşım Alik Ələkbərovu da seçmişdilər. Alik mənə dedi ki, sən də gəl, gedək filmə çəkil. Doğrusu indanmadım və dedim ki, məni filmə çəkməzlər. Elə oldu ki, getdik və orda Akif Rüstəmov məni görəndə dedi ki, bu adamı filmə çəkmək olar. Üz quruluşum sərkərdəyə uyğun idi. Saçım, bığım hamısı özümün idi. Ondan sonra filmə çəkilməyə başladım. Film təxminə bir ilə çəkildi. Bir ay yarım Naxçıvanda çəkilişlərdə olduq. “Bəzz” qalasını orda tikmişdilər. Aktyorların da əksəriyyətiylə də orda tanış olduq”.  



Ə.Əliyev deyir ki, özü aktyor olmasa da, filmdə rolunu elə canlandırıb ki, ona başqa filmlər üçün də dəvət gəlib:

“Filmdə sərkərdə rolunu elə canlandırmışdım ki, Eldar Quliyevin çox xoşuna gəlmişdi. Sonra mənə başqa filmlərə çəkilmək üçün dəvətlər gəldi. Rektorumuz Rafiq Rəcəbov məni çağırıb dedi ki, “Əliyev, sənə yenə dəvət gəlib, ya get incəsənətlə məşğul ol, filmlərə çəkil, ya da burda oxu”. Mən də dedim ki, elə burda oxuyacam. Demək olar ki, “Babək” filminin çəkilişlərinə görə iki ay universitetə getmədim, icazə vermişdilər. Onda Xalq artisti Şeyx Əbdül Mahmudbəyovla görüşdük və o, da məni filmə çəkəcəyini dedi. Mən isə bu sahədən uzaqlaşdığım üçün deyilənlər alınmadı.  



İndi filmdəki aktyorlarla əlaqəsi olmadığını deyir qəhrəmanımız:

“Filmdə oynayan aktyorlarla elə də əlaqəm yoxdu. İndi Rasim Balayevi görsəm, mən onu tanıya bilərəm, amma o, məni tanımaz. Artıq o dövrdən qırx il keçib. Ancaq onlarla birlikdə olan şəkillərimiz var. Doğrusu reklamı sevən adam olmadığım üçün özüm haqda heç yerdə danışmıram. Filmdə çəkilmək üçün bizə yaxşı qonarar verirdilər və mən də tələbə olduğum üçün bu mənə bəs edirdi. Günümüzə 13 manat pul və yeməyimiz, qalmağımız pulsuz idi”. 



Daha filmlərə çəkilməyən Əli bəy İdman Akademiyasında müəllim işləməyə başlayır:

“İnstitutu bitirdikdən sonra İdman Akademiyasında müəllim işləməyə başladım. Sonra Türkmənistana getdim və 12 il orda yaşadım. Sonra isə Daşkəndə gəldim və iki il də Özbəkistanın paytaxtında yaşadım. Bir çox ölkələri gəzmişəm. Atam Cəlilabadın Yusifli kəndində təsərrüfat yaratdığı üçün mən də bura gəldim və elə o vaxtdan burda yaşayıram. Hazırda Uşaq Gənclər İdman Məktəbinin baş məşqçisiyəm, əməkdar məşqçiyəm. Basketbol idmanı üzrə yeniyetmələri hazırlayıram. Komandamız ölkə birincisi olub”. 

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 640

Təcili satılır!

  • 04:07
  • 2 038
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter