“Xalq düşmənin” arvadı “Unudulmaz insanlar haqqında unudulmaz yazılar” silsiləsindən Zahir Əmənovun Məryəm xanım Bayraməlibəyova haqqında yazısı

Xeyriyyəçi, elm fədaisi, bir neçə dil bilicisi, “xalq düşməni”nin arvadın 89 illik həyatında nələr yaşadı?

Cənub bölgəsinin yetirməsi olan qadınlar arasında ən fədakarını, ən maarifpərvərini, ən cəfakeşini seçmək lazım gəlsə, bizcə ilk beşlikdə qərar tutanlardan biri, bəlkə də birincisi Məryəm Bayraməlibəyova olar.

“Nə xoşbəxt imişəm bir zaman Allah

Məryəm xanımın ölümündən sonraşair Əli Kərimin tamambaşqa diləklə yazılmış bu misrası sanki onun taleyini əks etdirir.
Ölkənin ən dəyərli maarif fədailərindən biri TeymurBayraməlibəyovun ailəsində dünyaya göz açanqubernatorxanımı olanZeynalabdin Tağıyev kimi xeyriyyəçinin diqqətində olan, gənclik illərində bütün arzularını reallaşdırmaq imkanı qazanan Məryəm xanımın sonrakı taleyio qədər acınacaqlı olub kisanki bu insan bir ömürdə 100 insanın daşıyacağı əzabları daşıyıb.

Böyük maarifpərvərin 9 övladından biri

Məryəm xanım 1898- ci ildə Lənkəranda, böyük maarifpərvər T. Bayraməlibəyovun ailəsində doğulmuşdur.
Teymur bəy hələ uşaq yaşlarında qızına rusfars və ərəb dillərini öyrətmişdir. Balaca Məryəm müqəddəs Quranı elə avazla oxuyurdu ki, hətta yaşlılar da öz heyranlıqlarını gizlədə bilmirdilər.

Məryəm xanımın anası - tərcüməçi Şirin xanım

Məryəm xanımın anası, Teymur bəyin həyat yoldaşı Şirinxanım Talışxanovlar nəslinə mənsub olmaqla yanaşı, çoxlubədii klassik əsərləri rus dilindən mükəmməl şəkildə tərcümə edirdi. 
Həmin dövrdə o, Lənkəran qəzasında rus dilində natiqlikməharəti olan yeganə qadın olmuşdur.

Xeyriyyəçi Murtuza Muxtarovun himayə etdiyi Qızıl medallı Məryəm xanım

1906-cı ildə Teymur bəy böyük qızı Məryəmi 8 yaşında H.Z.Tağıyevin himayə etdiyi Bakı Müsəlman Qızlar Məktəbinə qoyur. 1913-cü ildə Məryəm xanım həmin məktəbi bitiribdaha sonra qəbul imtahanlarını “əla” qiymətlərlə verərək “Müqəddəs Nina” məktəbinə daxil olur. 1917-ci ildə buradatəhsilini qızıl medalla başa vuraraq Moskva Tibb İnstitutunadaxil olurOnun təhsil xərcini Bakı milyonçusu MurtuzaMuxtarov öz üzərinə götürürLakin Rusiyanı bürüyən Oktyabr inqilabının dalğası ona təhsilini başa vurmağa maneolur və o, təhsilini yarımçıq qoyaraq Vətənə qayıtmaq məcburiyyətində qalır.

Teymur bəyin “Oğlanlar”, qızının “Qızlar” məktəbləri




Həmin vaxtlar T. Bayraməlibəyovun (Xatırladaq ki, T.Bayraməlibəyov Masallının Yeddioymaq kəndində anadanolub) Lənkərandakı evində “Oğlanlar Məktəbi” fəaliyyət göstərirdi. Atasının yaxından köməyi sayəsində Məryəm xanım Lənkəranda çoxdan arzuladığı məktəbi “zəif cinsi” nnümayəndələri üçün “Qızlar məktəbi”ini yarada bilir.
Onlar - ata-bala bütün Lənkəranı dolaşıb “Qızlar” məktəbinə dinləyici yığırdılar.

Teymur bəy, qızının bu arzusunu reallaşdırmaq üçün öz şəxsi evinin bir hissəsinin həmin məktəbin sinif otağı üçün ayırır. Bu bölgədə ilk “Qızlar” məktəbini yaratmaqbu təhsil ocağına qızları cəlb etmək üçün atabala bütün Lənkəranı gəzib-dolaşır.
Bütün bunlar o illərə təsadüf edirdi ki, müsəlman atalar hər yerdə qızlarına elm öyrənməyi qəti qadağan etmişdilər. Ciddiproblemlərin olmasına baxmayaraq, Məryəm xanım adamları inandıra bildi, qısa zamanda dinləyicilərin sayı o qədər artdı ki, qızlar sinif otağına sığışmırdılar. Bura 9-12 yaşlarında qızlar cəlb olunmuşdu. Gənc müəllimənin söhbətlərinə qulaqasmağa hətta dindar qadınlar da gəlirdilər. Həm də maraqlı məqam ondan ibarət idi kiburada tədris rus dilində aparılırdı.

Məryəm xanım burada dramxormusiqi dərnəklərini də yaratdı. Bütün tədris işləri ilə özü məşğul olurduOnunrəhbərliyi ilə burada S.M. Qənizadənin “Dursunalı və Ballı badı” və “Canlı şəkil” əsərləri səhnələşdirilmişdir.

Məryəm xanımın məktəbi kimləri yetişdirdi?

Onun çəkdiyi zəhmətlər bəhrəsiz qalmadı: Həmin məktəbdə xalq artistləri - Həqiqət RzayevaCahan Talışinskaya, Münəvvər Kələntərli kimi görkəmli səhnə ustaları yetişdilər.
Məryəm xanım Lənkəranda yeganə qadın-pedaqoq idiO savadsızlıq və qadın köləliyinə qarşı barışmaz mübarizə apararaq, qadınları mədəni- ictimai həyata cəlb etməyə çalışırdı. 

Məryəm xanım bu məqsədlə Lənkəranda ilk Qadın Xeyriyyə Cəmiyyətini yaratmışdı. Şəhərin maarifpərvər qadınlarından Səfurə Səmədova, Cənnət Qurbanova, Kişkinə Kərimova, Bəyim Quliyeva bu cəmiyyətin ilk üzvləri olmuşdur.

Cavad Bəy Məlik-Yeqanovun Lənkərana gəlişi və...




1918-ci ildən 1919- cu ilə qədər M. Bayraməlibəyova Lənkərandakı 2 illik Müsəlman Qız məktəbində işlədi. O, həm də məktəbin müdiri idi. 1919-1920-ci illərdə isə o, Qadın gimnaziyasının inspektoru vəzifəsində çalışıb. 

Həmin illərdə Lənkəran qəzasında ağqvardiyaçı generalDenikenin bandit dəstələri özbaşınalıq edirdilər. Cənubda vəziyyətin ağır olduğunu nəzərə alaraq hakimiyyətdə olan Xalq Cümhuriyyəti Hökuməti Cavad bəy Məlik-Yeqanovu Lənkəran vilayətinə general – qubernator təyin etmişdiİşbaşına gəldikdən sonra C. Məlik-Yeqanov burada hərbi vəziyyət elan etdi.

Həmin dövrdə Məryəm xanım hərbiçilər tərəfindən gimnaziyanın ərazisinin işğal olunmasına qəzəblə etirazını bildirirGeneral –qubernatora ünvanladığı məktubda oməktəbin ərazisinin özbaşınalıq edən hərbiçilərdən tədric olunmasını xahiş edir

Qubernatorun üzrü və özündən 20 yaş kiçik Məryəm xanımla məhəbbəti

Məktəbə baş çəkən qubernator Cavad bəy dəymiş ziyana və narahatlığa görə Məryəm xanımdan üzr istəyir. Bu görüş isə gələcəkdə onların ailə həyatı qurmasının bünövrəsini qoyurCavad bəy özündən 20 yaş kiçik Məryəm xanımla ailə həyatı qurur.

Məryəm xanımın Bakı həyatı

1921-ci ildə Cavad bəy və Məryəm xanım Bakıya köçürlər. 1921-1923-cü illərdə Məryəm xanım Bakıda 1 –ci dərəcəli və 8 saylı Qadın Əmək Məktəbinə rəhbərlik edir. Xalq teatrında, qadın kurslarında mühazirələr oxuyur
1923-1925-ci illərdə Bakı şəhər XMŞ-də metod komissiyanın üzvü, 89 və 81 saylı məktəblərin direktoru kimi pedaqoji və ictimai işlərdə fəallıqla çalışır.

Ümumittifaq qurultayında Şərq qadınlarını təmsil edən və Leninin həyat yoldaşını heyran edən insan




M. Bayraməlibəyova SSRİ- i Müəllimlər Qurultayına nümayəndə seçilir. Həmin Ümumittifaq Forumunda o, təkcə Azərbaycanın deyil, bütün Şərqin qadınlarını təmsil edirdi. Məryəm xanım çıxışında V.İ Leninin həyat yoldaşı N. Krupskayanı heyran edir. SSRİ Maarif naziri A.Lunaçarskinəzakətlə Məryəm xanımın əlini öpərək onu Moskvaya dəvət edir. Məryəm xanım isə bu təklifdən imtina edərək “İndi Vətənimə daha çox lazımam” -deyir. 

M. Bayraməlibəyovanın qurultaydakı alovlu və məzmunlu çıxışı KalinininFrunzenin və digərlərinin də böyük marağına səbəb olur. Pravda” qəzeti qurultayda M. Bayraməlibəyovanın söylədiyi çıxışın tam mətnini dərc edir.

1925-1926-cı illərdə M.Bayraməlibəyova Nümunəvi Qadın Məktəbində direktor və Həmkarlar təşkilatının katibivəzifələrində çalışır. 
1926-cı ilin mayından nəşr olunmağa başlanan “Maarifişçisi” jurnalının ilk nömrəsində “Türk qadını yeni qurtuluşyolunda” məqaləsi ilə çıxış edir. “Yeni məktəb”, “Şərq qadını”, “Maarif işçisi”, jurnallarında müxtəlif mövzularda yazılar çapetdirir.

1926-1927-ci illərdə oPedaqoji Texnikumların Bakı BirliyiNümunəvi Məktəblərinin müdiri təyin olunur.
M. Bayraməlibəyova ali təhsil almağı çox arzulayırdı. 1927-ci ildə o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxilolurdörd ildən sonra həmin təhsil ocağını fərqlənmə diplomuilə başa vururAspiranturada təhsil aldığı müddətdə o öz işiniictimai fəaliyyətlə də əlaqələndirir.

Məryəm xanımın tərcümələri 

Onun tərcümələri sayəsində rusdilli oxucular M.P.VaqifM.V.VidadiS.Vurğun, S.Rüstəm kimi tanınmış Azərbaycan şairlərinin yaradıcılıqları ilə tanış olurlar.
M.Bayraməlibəyovanın pedaqoji və ictimai fəaliyyəti 1937-ci ilə qədər davam edir. N.Nərimanov adına Sənaye Texnikumunda (1923-1933) və Azərbaycan Tibb İnstitutunda(1934-1937) rus dili müəllimi işləyir.

Ailənin faciəli günləri

Bu mehriban ailənin normal həyatı 1930-ci ildə sona çatdı.
Məlum olduğu kimi Cavad Məlik-Yeqanov Azərbaycan parlamentində, respublikanın müstəqilliyinə imza atan 16 üzvdən biri idi. 12 ildən sonra Cavad bəyin bir vaxtlar etmişolduğu “cinayət” bolşeviklərin yadına düşürQPU - nun (BaşSiyasi İdarə) uzun müddətli canüzücü məhkəmə proseslərindən sonra Lənkəran qəzasının keçmiş generalqubernatoru, Məryəm xanımın həyat yoldaşı Cavad bəy Məlik-Yeqanov 10 il müddətinə uzaq Kareliyanın islah cəzaçəkmə düşərgəsinə göndərildi. 1942-ci ildə C. Məlik-Yeqanov oradavəfat etdi.

Xalq düşməninin arvadı” 

Məlik – Yeqanovlar ailəsinin həbsi təkcə bu ocağın başçısının zindana atılması ilə bitmədi. Məryəm xanıma əvvəlcə o illər üçün çox dəhşətli olan “Xalq düşməninin arvadı” etiketiniyapışdırdılar. 1937-ci ildə isə Müsavat partiyasının fəalı kimiistintaqa cəlb etdilər. Halbuki oheç bir siyasi təşkilata mənsub deyildi.
Həmin vaxtlar Məryəm xanım SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri M. İ. Kalinindən kömək istəyir. Lakin əbəs yerə. 15 noyabr 1937-ci ildə NKVD əməkdaşları Məryəm xanımı yaşadığı mənzildə həbs edirlər. Bu vaxt onun həyat yoldaşı Cavad bəy artıq 6 il idi ki, həbsdə idi.

Məryəm xanımın məhbus həyatı

Məhbus həyatının ilk aylarını Bayıl həbsxanasında keçirən Məryəm xanımı sonra uzaq Arxangelskə yola salırlar. ŞimaliDvina çayının sahillərində ona ən ağır işlər tapşırır, işgəncələrverirlər.
Uzun illər ərzində topladığı biliklər burada da Məryəm xanımın karına gəlir, o, ağır fiziki əməkdən ayrılır, yerlimüəssisələrin birində mühasib vəzifəsini icra edir

Gözlərinin işığını itirən Məryəm xanım

Tezliklə onu ağır xəstəlik yaxalayır- gözlərinin torlu qişası zədələnir. Xəstəliyinə görə müalicə almaq adı ilə onuMoskvaya - Butırsk həbsxanasına köçürürlər. “Müalicə”- dən sonra o, yenidən Arxangelsksonralar Karaqanhəbsxanalarına göndərilir.

11 illik həbsdən sonrakı həyat

1948-ci ildə, onun 50 yaşı tamam olanda həbs müddəti başaçatır və M.Bayraməlibəyova Bakıya qayıdır. Həmin dövrə qədər o, tamamilə görmə qabiliyyətini itirir, əmək və ictimaifəaliyyətini davam etdirə bilmir. Əlillik onu mənəvi cəhətdən sarsıdır.
Stalin repressiyasını görmüş bu əyilməz qadın yuxarı instansiyalara müraciət edərək onun işinə yenidən baxılmasını tələb edir.
Nəhayət, 1956-ci ildə ədalət zəfər çalır. SSRİ Ali Məhkəməsi kollegiyasının qərarı ilə irəli sürülmüş bütün ittihamlarüzərindən götürülürBir il sonra isə Məryəm xanımın həyat yoldaşı C. Məlik- Yeqanova da ölümündən sonra bəraət verilir.

Fərdi pensiyaçı, 3 qız anası Məryəm xanım




1964-cü ildən Məryəm xanım fərdi pensiyaçı idiOnun üç qızı: Azərə, Yaleyə və Asimə ali təhsilli mütəxəssis idilər. Azərə tibbelmləri namizədi, Əməkdar tibb işçisi, tanınmış həkim oldu.
Asimə isə anası haqqında deyirdi kianam mehriban və qayğıkeş bir insan idi. O, nahaq mühakimə olunmasını həmişə xatırlayır, bu işdə M.C. Bağırovu təqsirləndirirdi.
O, rusalmaningilisfars və fransızca danışmağı bacarırdı.

1964-cü ildən Məryəm xanıma dövlət tərəfindən fərdi təqaüd ayrılmışdı. O, 1987-ci ildə 89 yaşında Bakıda vəfat etmişdirSanki Tanrı zülmlü günlərini nəzərə alıb ona uzunömür qismət etmişdi.

2000–ci ildə C. Məlik-Yeqanovun Məryəm xanımla Bakıda yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur
Təəssüf ki, M. Bayraməlibəyovanın adı və xidmətlərinə lazımınca diqqət yetirilməmişdir. Onun xatirəsini əbədiləşdirmək üçün Məryəm xanımın uzun illər çalışdığı Bakıdakı 89 saylı məktəbə və doğulduğu cənub torpağında birsıra obyektlərə bu cəfakeş qadının adının verilməsi çox ədalətli bir addım olardı. 

Onun haqqında kitablar yazılması, filmlər çəkilməsi bugünkügənc nəsil üçün əsl nümunə sayılardı. Məryəm xanım yaşadığı şərəfli və əzablı ömür yolu ilə buna layiqdir.

O, nəinki belə ucalıqlara, hətta heykəli qoyulmağa layiq birömür yaşayıb.


Zahir Əmənov

 

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 640

Təcili satılır!

  • 04:07
  • 2 038
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter