Orxan Bağırzadənin atası cenubbxeberleri.com-a üsyan etdi:- Mən oğlumun təhsilinə mane olmamışam, o, evdən oğurluq edərək qaçıb. Geniş imkanı olan xalası isə ailəmizi dağıtmaq, evimizi ələ keçirtmək istəyirlər. - Video


Son vaxtlar az  qala mətbuatın gündəminə çevrilmiş Orxan Baqırzadənin atasının onun təhsilinə mane olması, evdə ögey – doğmalıq yaratması məsələsinəatası Natiq Bağıyev olduqca sərt reaksiya verib:- Hamısı yalandır, onu xalası öyrədir, tələ qurub ailəmizi dağıtmaq istəyirlər.

Masallıdan  olan Bağıyevlər

ailəsi haqqında qısa arayış

Hadisənin təfərrüatın keçmədən öncə Bağıyevlərailəsi barədə öz dilindən qısa arayış verək:

n Natiq Bağıyev  19   -ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində, Pələnküştəməhəlləsində  anadan olmuşam.  19—ci ildə milliyətcə rus olan (Bakı ruslarındanbir qadınla ailə həyatı qurmuşam. Bu nikahdan bizim 4 övladımız olub - 3 oğlan, 1 qız. Böyükdən kiçik oğlum hazırda hərbi xidmətdə, döyüş bölgəsindədir. 1-ci oğlum isə əvvəlki yoldaşımın anası və bacısı evdən qaçırdıb ki, hərbi xidmətə getməsin. İndi yalandan deyirlər ki, Rusiyadadır.3-cü oğlum da Orxandır  Qızım isə kiçikdir-15 yaşı var.
Onu da bildirim ki, 1-ci həyat yoldaşım 2007-ci ildə çox cavan ikən35 yaşında xərçəng xəstəliyindən vəfat etdi. Ondan qalan 4 azyaşlı uşağı saxlamaq mənə çətin olduğu üçün 2-ci dəfə evləndim. Elə cənub bölgəsindən, Bakıda yaşayan, əslən  Lerikdən olan (Nodo kəndi)  olan bir xanımla ailə həyatı qurdum. Bu onun da 2-ci evliliyi idi. 1-ci həyat yoldaşından 1 qız ovladı var idi. Məndən isə övladı olmurHansı ki, həmin, 1-ci həyat yoldaşından olan qızın hazırda 22 yaşı var, heç ali məktəbə daxil olmaq arzusu da yoxdur. Həmin qız  babasıgildəqaldığından həftədə, 2 həftədə bir dəfə bizə gəlir. İşlədiyi vaxtlar, imkanı olduqda anasına yardım da göstərirdi. İndi işləmir. Orta ixtisas təhsillidir. Ali təhsil elə də marağında deyil
Bu işlərin əsas səbəbkarı onun FHN-də məsul vəzifədə çalışan xalası İrina Ağalarovadir
 
Natiq Bağıyev əlavə olaraq bildirdi ki, bu olayların əsas səbəbkar əvvəlki yoldaşımın bacısı, hazırda Fövqəladə Hallar Nazirliyində məsul vəzifədə çalışan  İrina AğalarovadırXatırladım ki, o da 2 dəfə ailə həyata qurub. 1-ci evliliyindən olan övladı Rusiyadadır. Hazırda 2-ci həyat yoldaşı ilə yaşayır. Çox böyük imkanlara malikdir. Badamdartda yeni inşa olunmuş tikililərdə gözəl evi, FOLSVAGEN markalı maşını, hər cür əlaqələri var. Bütün bu qalmaqalları yaratmaqda isə məqsədi ailəmi dağıtmaqdır ki,, yəni yoldaşım acıq eləyib getsin, mənə məxsus evi ələ keçirsinlər. Mənimisə əvvəllər 1 otaqlı kiçik evim olub, yağışda su əlindən evdə oturmaq olmurdu. Bütün olar-olmazı satıb 3 otaqlı, 100 kvadratmetrlik bir ev tikdim. Özüm ustayam. Nənəsi Rusiyadan votsapla məni söyür ki, nəvəmin hərbidə nə işi var. O, Rusiyada yaşayacaq. Xalası yaxşı insan idisə, deyərdi, uşaqdır, küsüb, gətirib atası ilə barışdırardı. Niyə övladımı 1 manatı olan, kasıb, dilənçi kimi təqdim edirlər? Xalasının imkanları ilə 10-20 uşağın təhsil xərcin ödəmək olar. Övladıma niyə yadlar yardım etməlidir? O, FHN- imkanlarından istifadə edərək, Orxanın sənədləri ilə bağlı xeyli saxtakarlıq edir.

Orxanın təhsilinə mane olmamışam

İndi isə konkret olaraq oğlum Orxan barəsində danışım. Orxan tam orta məktəbi bitirdikdən, imtahandan 380 bal yığdıqdan sonra məsələhətləşdik ki, ailənin imkanları nəzərə alınaraq sənədələrini ödənişsiz məktəbə, ya da qiyabisi olan məktəbə versin. Əslində Orxanın oxumağa heç də marağı yox idi. Dedim oxu, amma qiyabiyə keçirt ki, təhsil haqqını ödəyə biləsən. Guya mən onun attestatın verməmişəm. Yalandır. Bəs niyə şəxsiyyət vəsiqəsini, hərbi çağırış vərəqini gizlətməmişəm.

                    Orxan evdən oğurluq edib

Orxan xalasının təkidi ilə, yuxarıda dediyim səbəblərdən evdən gedib. Evdən gedəndə bacısının telefonunu, hərbidə olan qardaşının paltarlarıaparıb. Məni dülgərlik alətlərimi dəyər-dəyməzinə satıb. Oxuduğu məktəbin direktoru müavini deyirdi ki, daim Orxanın cibində çoxlu pul olurdu, dostları üçün yeməkxanada hesab ödəyirdi. Özündən də çox razı idi.

 

Mətbuatdan giley-niyə mənim rəyimi soruşan yoxdur?

Sonda Natiq Bağıyev mətbuat işçilərindən dəgiley edərək bildirdi ki, niyə qarşı tərəf kimi mənim fikrimi öyrənməyib, ağına-bozuna baxmadan Orxanı əzabkeş kimi təqdim edirlər. Mən hamıya açıq adamam, istənilən kanal, istənilən sayt məni də, Orxanı da, xalasını da üzbəüz əyləşdirib, məsələyə aydınlıq gətirsin.

Redaksiyadan: Biz nə Orxanın (atası deyir ki, nömrəsini dəyişib), nə xalasının telefon nömrələrini əldə edə bilmədiyimiz üçün onlarla əlaqə saxlaya bilmədik. Lakin hər zaman onların fikrinə yer ayırmağa hazırıq.


Zahir Əmənov

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 640

Təcili satılır!

  • 04:07
  • 2 038
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter