Masallıda 400-dən artıq adamı it qapıb


Bu, 2019-ci ilin 27 avqustuna olan məlumatdır

Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimi Əsgər Şirəliyevdən aldığımız məlumat görə 2019-cu ilin 27 avqustuna kimi Masallı rayonu üzrə 449 nəfər (2018-ci ildə il ərzində bu rəqəm 405 nəfər olub) it və digər heyvanların hücumun məruz qalıb və xəsarət alıb

(Bunlar xəstəxanaya müraciət edənlərdir) Həmin şəxslərdən təxminən 20 nəfərə yaxını digər heyvanlaın -pişik, siçovul, siçan, hətta Məmmədoba da 2 nəfər canavarın hücumuna məruz qalıb, qalan 430 nəfərə yaxını isə it hücumundan xəsarət alıb. Belə hallar ən çox Təzə Alvadı, Xıl, Mahmudavar, Tüklə ərazilərində baş verib. Elə dünən Güllütəpə kəndində 4 nəfəri it qapmışdı.Təəccüblü odur ki, Masallı şəhərinin özündə 50-yə yaxın insan it hücumun məruz qalıb və xəsarət alıb. 

İtlər əsasən insanların başına, əllərinə, aşağı ətraflarına diş atır. Xəstəxanaya müraciət edən bütün şəxslərə dərhal, vəziyyəti ağır onlara isə sonrakı günlərdə də yardım edilib. Təəssüf ki, it qapmalar günbəgün çoxalır.

Biz it qapma ilə bağlı “kommunxoz” adlanan idarənin rəhbəri Hikmət Xəlilova müraciət etdik. O bildirdi ki, bizim vəzifə səlahiyyətlərində bununla bağlı heç bir öhdəlik yoxdur.

Masallı Gigiyena və Epidemiologiya Mərkəzinindirektoru Rəhman müüəllim də bildirdi ki, bizim də itlərin zərərəsizləşdirilməsi barədə öhdəliyimiz yoxdur. Lakin it və digər heyvanlardan kimsə xəsarət alıbsa, onların müalicəsini nəzarətə götürüruk. Məncə Avropa Konvensiyasına qoşulduğumuzdan heyvanlara qarşı sərt münasibət göstərmək məqsədə müvafiq sayılmır.

Masallı İcra hakimiyyətinin Hüquq şöbəsinin müdiri MəmmədHüseyn Hüseynov da bu barədə konkret nə isə deməyib, qeyd etdi ki,  sadəcə rəsmi olmasa da, qeyri-rəsmi olaraq məsləhət bilinmir ki, itlər öldürülsün.

Beləcə məsələ açıq qalıb. İtləri öldürmək də olmaz, qayğı göstərməyə, it fermaları yaratmağa da imkan yox.

İtlərdən qorunun! (Həm sahiblisindən, həm sahibsizindən).

Zahir Əmənov

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 640

Təcili satılır!

  • 04:07
  • 2 038
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter