1 milyonu keçdik Cenubxeberleri.com saytının iyul-avqust ayları üzrə baxış sayı 1 milyon 123 min 527 nəfər oldu

Gördüyünüz cədvəl  Google analytcs   götürülmüşdür. Yəni, bu cədvələ düzəliş etmək, onu süni şəkildə artırıb-azaltmaq mümkünsüzdür. Bu cədvəldən də göründüyü kimi, cenubxeberleri.com saytını 

2019-cu ilin iyul ayında 551 min 853, avqust ayında 571  min 674 şəxs ziyarət etmişdir. 

(Cəm rəqəm- 551 853 + 571  674 =

 1 milyon 123 min 527 nəfər).

Sizcə bu artım nədəndir? 

Öncə informasiya qıtlığından. İnsanlar sağında, solunda olanlardan xəbərsizdir. Yeni bir xəbər qaynağı eşidən kimi ora diqqət artır. Biz isə olanların hələ cüzi bir hissəsi barədə məlumatlar verə bilirik. Çünki, tək işləyirik. Hələ ki, dəyərli yazıçımız Nurəddin Ədiloğlu və yorulmaz tədqiqatçı tarixçimiz İldırım Şükürzadə bizə ardıcıl yazılar yollayır.

Bu aylar ərzində hansı  yazılar oxucuların daha çox marağına səbəb olub? 

(Videolar)Elə bil başqa planetdən gəlmişdi “Həkimin “Başınız sağ olsun” deməyi ilə keçinməyim bir oldu” 

Nəvəmə rüşvət dərsləri Yaxud rüşvətin hələ bilmədiyimiz “rəngləri

” Ərkivanlsan? Bəli. Bəs doğma yurdun üçün nə etmisən? 

Ərkivanla Qəriblər sərhəddində nə tikirlər? 


Masallıda internetin surəti artacaq. Necə? 

“Xalq düşmənin” arvadı “Unudulmaz insanlar haqqında unudulmaz yazılar” silsiləsindən Zahir Əmənovun Məryəm xanım Bayraməlibəyova haqqında yazısı, 

Masallı. 2019. 546 tələbə. Tam siyahı-məktəblər, məzunlar, ballar, universitetlər, ixtisaslar


Orxan Bağırzadənin atası cenubbxeberleri.com-a üsyan etdi:- Mən oğlumun təhsilinə mane olmamışam, o, evdən oğurluq edərək qaçıb. Geniş imkanı olan xalası isə ailəmizi dağıtmaq, evimizi ələ keçirtmək istəyirlər. – Video


Musarza Mirzəyevin bildiyiniz və bilmədiyiniz “rəngləri”



Lənkəranın məktəb tarixindən


Cənubun Herodotu Bütün ruhu ilə tariximizə bağlı olan bu insana sevgilər və biganəliklər (1-2 - ci hissələr)


TÜRK -TACİDARIN SON DÖYÜŞÜ “Əsl cəngavər toplara deyil, qolunun gücünə arxalanmalıdır” Şah İsmayıl



Həmçinin digər saytlarda getmiş, lakin bölgə oxucuları üçün maraqlı olan yazıları da paylaşırıq.

Oxucular isə daha çox şey istəyir, hətta tələb edirlər – işıq sönür, biz günahkarıq ki, bunu tənqid etmirik, filan məsələdə qaranlıqlar var, amma jurnalist bunu araşdırmır. Biz, yəni oxucular susa da bilərik, sən jurnalistsən, yazmalısan.

Hesab edək ki, giley edənlər hamısı halıdır. Amma bizim də gileylərimiz var.

Birincisi, bu bölgədə jurnalist tək mən deyiləm.  Jurnalist xüsusi imtiyazlara da malik deyil. Öldürülən, döyülən, söyülən, həbs edilən... jurnalistlər onlarladır. 

Təəssüf ki, jurnalistlərdən az qala hər şey tələb edən oxucular çətin məqamda onların yanında olmur, hətta problemləri barədə yazanda 2-3 nəfərdən artıq rəy verən, adicə bəyənmə düşməsin basanlar tapılmır.

Belə halda qəribə sual doğur. Hamının adından jurnalist danışmalıdırsa (onların bir çoxunun heç iş yeri, elementar qazanc yeri də yoxdur). Oxucu sağ-solundakılar barədə susmalı, imzasını qoymağa qorxmalı, mətbuata yardım etməyə xəsislik etməlidirsə, onda hərə əmək haqqının, digər qazancının 1 faizini versin jurnalistə ki, o da hamının adından danışsın. Bir ərazinin tarixi abidələri dağıdılır orada 200 müəllimdən, nə bilim 20 tarixçidən birinin cınqırı çıxmır. Belə getsə, hamı hamıdan narazı olacaq. Hökumət də, müxalifət də, xalq da mətbuatdan imdad gözləyir. Necə deyərlər, əsəri biri yaradır, heykəli başqasına qoyurlar.

Nə isə. Bunların hamısı olmasa da yarısı zarafatdır. Nə qədər qocalsaq da, sağlamlıq problemlərimiz olsa da nəfəsimiz gələnədək yazmağa çalışacağıq. Siz də bir az danışmağı öyrənin, hər şeyə “mız” qoymaqdansa, heç olmasa yaxşı işlər, dəyərli insanlar barədə bizi məlumatlandırın.

Zahir Əmənov

Cenubxeberleri.com

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 640

Təcili satılır!

  • 04:07
  • 2 038
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter