Tələbə qızlarla bağlı təklif alqışlanır: Dövlət iki problemin önünə keçə bilər

"Nə qədər çalışsaq da, mübarizə aparsaq da, erkən nikahların, selektiv abaortların bir ucu gəlib təhsilsizliyə dayanır"

 

Millət vəkili, Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev (Musa Urud) qızların ödənişsiz ali təhsil alması ilə bağlı təklif irəli sürüb: “Ödənişli əsasla universitetlərimizə qəbul olmuş bütün qızların təhsil haqqını dövlətimiz öz üzərinə götürə bilər. Çox istərdim, yaxın vaxtlarda biz elə bir qanun qəbul edək ki, bütün qız uşaqlarının xərcləri dövlət tərəfindən ödənilsin".

 

"Xüsusilə, atası olmayan qız uşaqlarının xərcləri birinci növbədə dövlət tərəfindən ödənilsin. Özü də istər özəl, istər dövlət təhsil müəssisələrində. Dövlət təhsil müəssisələrində isə bütövlükdə qız tələbələrin xərcləri dövlət tərəfindən ödənilsin”, - deyə deputat bildirib.

ÐаÑÑинки по запÑоÑÑ Musa Quliyev

Onun fikrincə, gələn ilin büdcəsinə əlavə 100 milyon manat ayrılarsa, yaxud 4,3 faizlik artım edilərsə, bütün qız tələbələrin təhsil haqlarının dövlət tərəfindən qarşılanması mümkün və problem öz həllini tapmış olar: "Qızlarımızın oxumasına çox ciddi önəm verməsək, gələcəkdə bizim savadlı və sağlam nəslimiz olmayacaq. Həm də millətin inkişafı, cəmiyyətin inkişafı qadının tərəqqisindən, inkişafından asılıdır”.

 

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Asim Mollazadə AYNA-a açıqlamasında həmkarının təklifini dəstəklədiyini bildirib: “Qızların ali təhsil almasına dövlət dəstəyi fikrini dəstəkləyirəm. Bu məsələ ilə bağlı hər hansı müzakirə olanda müsbət qarşılayıram. Bu təklifin icrası, bilavasitə dövlət büdcəsinin genişləndirilməsi və müəyyən vəsaitin ayrılması ilə bağlıdır. Vəsait ayrılmasını da dəstəkləyirəm. Düşünürəm ki, müvafiq proqram şəklində xanımların təhsili ilə bağlı məsələlər dəstək qazanmalıdır”.

ÐаÑÑинки по запÑоÑÑ asim mollazadÉ

A.Mollazadə, həmçinin qeyd edib ki, belə bir təklif artıq var: “Bu barədə Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavini tərəfindən təklif irəli sürülüb. Təklif ondan gəldiyi üçün o da təklifi Milli Məclisə təqdim etməlidir”.

 

Təhsil eksperti Nadir İsrafilov da AYNA-ya açıqlamasında sözügedən təklifi müsbət dəyərləndirib: “İstər qız, istər oğlan olsun, tələbələrin ödənişdən azad olunması arzulanandır. Amma konkret olaraq ali təhsil almaq istəyən qızların ödənişdən azad olunmasına gəlincə, bu barədə hələ illər öncə Hacı Zeynalabdin Tağıyev fikir bildirmişdi. Söyləmişdi ki, bir kişinin (və ya oğlan uşağının) təhsil alması sadəcə bir nəfərin təhsil almasına bərabərdirsə, bir qadının (və ya qız uşağının) təhsil alması bir nəslin təhsil almasına bərabərdir. Qızların təhsil alması bu baxımdan faydalıdır”.

ÐаÑÑинки по запÑоÑÑ Nadir Ä°srafilov

“Deputatın təklifinə gəlincə, istənilən təklifə baxılmalıdır, incələnməlidir, müsbət tərəfləri götürülməlidir. Bizdə çox təkliflər olur, amma təklif olaraq da qalır. Mən də arzu edərdim ki, bu təklif həyata keçirilsin. Bu təklifin səsləndirilməsi elə məsələnin, ən azı 50 faiz gündəmə gətirilməsidir, insanı düşündürməyə vadar edir. Düşünürəm ki, bu və bu tipli digər təkliflərin səsləndirilməsi məsələnin həllində bir stimul, inkişaf rolunu oynamış olar”, - deyə təhsil eksperti qeyd edib.

 

N.İsrafilov onu da xatırladıb ki, Azərbaycanda, məhz ödəniş ucbatından minlərlə tələbə ali təhsil ala bilmir: “Buna görə bütün vasitələrdən istifadə etmək lazımdır. Təhsili hamı üçün əlçatan elan etmişik, tələbə qəbulunda iki dəfə şans verilir, universitetlərin nəzdində əlavə hazırlıq qrupları yaradılır. Ali təhsillilərin sayına görə dünyanın inkişaf etmiş ölkələri ilə rəqabət apara bilək deyə. Təhsilin əlçatan olması üçün ödənişlərin əlçatan olması barədə də düşünmək lazımdır. Düzdür, bu istiqamətdə Gənclər Fondu tərəfindən müəyyən işlər görülür, ancaq bütün tələbələri əhatə etmir. Ona görə ödənişlər də əlçatan olmalıdır ki, təhsilin tam əlçatan olması kursu bütövlükdə həyata keçirilmiş olsun”.

 

Deputat Musa Urud təklifini həm də onunla əsaslandırıb ki, qızların orta-ixtisas və dövlət ali məktəblərində təhsil haqlarını dövlətin öz üzərinə götürməsi erkən nikah probleminin həllinə də dəstək olar.

 

Məsələ ilə bağlı AYNA-ya danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, o, əvvəlcədən bu məsələ ilə bağlı dövlət proqramlarının, müəyyən sosial proqramların nəzərdə tutulmasını təklif edib: "Nə qədər çalışsaq da, mübarizə aparsaq da, erkən nikahların, selektiv abaortların bir ucu gəlib təhsilsizliyə dayanır. Buna görə də müəyyən proqramlara ehtiyac var”.

ÐаÑÑинки по запÑоÑÑ mehriban zeynalov

“Doğrudur, qanunvericilikdə ayrı-seçkilik məsələsi yoxdur, ancaq müəyyən stereotiplər var ki, onlara görə ailələr qız uşaqlarına dəstək vermək istəmir. Bu insanlar təhsilə ödəniş etmək istəmirlər ki, qadın onsuz da əldə etdiyini ər evinə xərcləyəcək və s. Yəni, əksər ailələrdə qadının özünü müstəqil ifadə etməsi, asılılıqdan xilas olması düşüncəsi yoxdur. Bu amili aradan qaldırmaq üçün qızların ödənişsiz təhsili məsələsi hamımızın ürəyincədir”, - deyə M.Zeynalova vurğulayıb.

 

O düşünür ki, əgər ali təhsil ödənişsiz olarsa, sabah qız uşaqlarının oxuması üçün problem olmayacaq.

 

Qeyd edək ki, hazırda ölkədə ali məktəb tələbələrinin 46 faizini, yəni 75 min nəfərini qızlar təşkil edir.

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 635

Təcili satılır!

  • 04:07
  • 2 035
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter