• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

ABŞ konqresmenləri separatçı erməni rejimini “regionda demokratiya və azadlıq nümunəsi” adlandırdı...

Amerika Konqresinin 5 üzvü Azərbaycanın 30 ilə yaxındır işğal altında qalan torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin oyuncaq başçısı Bako Saakyanı rejimin “müstəqillik günü” münasibətilə təbrik ediblər. 

Moderator.az xəbər verir ki, erməni nəşrlərinin yaydığı məlumata görə,  təbrik məktubunu  “Tvitter”də qatı ermənipərəst konqresmen Frenk Pallone dərc edib. Üzdəniraq təbriki ondan əlavə, daha 4 ABŞ konqresmeni: Adam Şiff, Jeki Şpir, Piter T. Kinq və Qus Bilirakis imzalayıb.  

Ədalət hissini tamamilə itirmiş əcnəbilər Azərbaycan Respublikasının BMT tərəfindən təsdiqlənmiş hüquqi- tarixi torpaqlarını zəbt etmiş qondarma separatçı-terrorçu erməni rejimini “regionda demokratiya və azadlığın nümunəsi” adlandıraraq  “hələ də ümid edirik ki, Artsaxı erməni torpağı kimi qoruyacaq davamlı sülh əldə ediləcək”- deyiblər. 

Məktubda, həmçinin,  separatçı rejimin “bölgədəki demokratiya və azadlığın nümunəsi” olaraq “ATƏT-in Minsk Qrupu çərçivəsindəki danışıqlar prosesində iştirak etmək hüququ qazandığı” da vurğulanıb.
 
"Ümid edirik ki, yaxın vaxtlarda ölkəniz bu danışıqlarda iştirak edəcək ... Biz “Artsax”da iqtisadiyyatın və demokratiyanın inkişafına dəstəyə sadiq qalırıq və bu qurumun rəsmi olaraq tanınmasına çağırışlarımızı davam etdirəcəyik...” - deyə ermənipərəst Amerika siyasətçiləri bəyan edib.
Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 560

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter