LDU-nun 160 yerlik müasir tipli yataqxanası yeni dərs ilində qapısını tələbələrin üzünə açır


Bu il universitetə 1200-dən artıq tələbə qəbul olunub ki, onun da bir nəfəri 15 yaşlı gəncdir

 


2019-2020-ci tədris ili Lənkəran Dövlət Universitetinin həyatında ən əlamətdar il kimi yaddaqalan olacaq. Bu il universitet tələbələrini xoş sürprizlərlə qarşılayır. Ən ürəkaçan yenilk cari tədris ilində iki yeni tədris korpusunun və 160 yerlik yeni yataqxana binasının inşa olunub tələbələrin istifadəsinə verilməsidir.Nəzərə alanda ki, hazırda LDU-da paytaxt Bakı da daxil olmaqla, ölkənin bütün regionlarından tələbələr təhsil alır,onda yeni yataqxana binasının necə böyük əhəmiyyət daşıdığı aydın olur.



Tələbələrin informatika dərslərini yüksək səviyyədə keçmələri üçün tədris korpusunda yeni kompyüterlərlə təchiz olunmuş informatika kabinetləri yaradılıb, dərs otaqlarında elektron lövhələr quraşdırılıb.


Universitetin I saylı tədris korpusu dayeni tədris ili üçün əsaslı təmir olunub.Qeyd edək ki, LDU-nun bütün tədris korpuslarında dərslər yeni tədris ilindən müasir səviyyədə qurulmuş dərs otaqlarında keçiriləcəkdir. Universitetin 4 fakültəsi- Təbiət, İqtisadiyyat və idarəetmə, Humanitar, Aqrar və mühəndislik fakültələrinin hər biri cari tədris ilindən ayrıca korpuslarda yerləşdirilibHər bir fakültəyə aid olanlaboratoriyalar müasir səviyyədə yenitədris binalarında quraşdırılmışdır. 

Elmi biliklərin təcrübədə tədbiqinə nail olmaq və aqrar yönümlü kadrların praktik hazırlıq səviyyəsini yüksəltmək məqsədilə Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən “Aqrar və mühəndislik” fakültəsinin tələbə- müəllim heyətinin iştirakı ilə tədris-təcrübə təsərrüfatında yazlıq və payızlıq əkinlər keçirilir, sitrus bağı və çay plantasiyası salınıb.
Universitetdə eyni zamanda yeniistifadəyə verilmiş müasir tipli“Baytarlıq”, “Baytarlıq cərrahiyəsi”, “Qida məhsulları texnologiyası” və “Qida təhlükəsizliyi və ekologiyası” laboratoriyaları yeni tədris ilinə tamşəkildə hazırlanılmış və cədvəl üzrə Baytarlıq və Qida məhsulları mühəndisliyi ixtisaslarının labaratoriyaişlərinin aparılması orada nəzərdə tutulmuşdur

Universitetdə bakalavr və magistratura səviyyələri üzrə bütün ixtisasların tədris planları yenidən işlənərək hazırlanılmışdırBurada fənnlərin semestrlər üzrə keçirilmə ardıcıllığı və peşə hazırlığı üzrə seçmə fənllər dəyişdirilərək ixtisasların spesfikasına uyğunlaşdırılmışdır.
Universitet keçən tədris ilində ikilidiplom proqramı üzrə Azərbaycan Dövlət İqtisad Universiteti ilə ikitərəfli müqavilə imzalamışdır. Artıq bu tədris ilində İqtisadiyyat və Biznesin idarə edilməsi ixtisasları üzrə iki tələbəmiz Azərbaycan Dövlət İqtisad Universitetində həmin proqram əsasında təhsillərini davam etdirəcəkdir.
Xatırladaq ki, Lənkəran Dövlət Universiteti ötən tədris ilinədək Ümumivə ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot lahiyənin iştirakçısı olmuşdurButədris ilində də bu istiqamətdə işləri davam etdirəcəyik. Cari tədris ilindən LDU-nun regionun bir neçə ortaməktəbini himayəyə götürlməsi məsələsi də öz həllini tapacaqdır .
Qəbulun nəticəsindən sonra dərs yükləri bir daha nəzərdən keçirilərək tam olaraqmüəllimlər arasında bölgüsü aparılmışdır. Tədris prosesində müəllimləri həvəsləndirmək məqsədilə yeni tədris ilindən əmək haqları diferensial qaydadahesablanacaq ki, bu da müəllimlər arasında sağlam rəqabətin yaranmasına və nufuzlu elmi jurnallarda dərc etdikləri elmi məqalələrin sayca və keyfiyyətcə artmasına şərait yaradacaq.
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoruvəzifəsini icra edən.


Yazı Esmira İsmayılovanın FB səhifəsindən götürülmüşdür.


 

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 640

Təcili satılır!

  • 04:07
  • 2 038
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter