“Tarixə adın yazan qadınlar”


Son illərin yadda qalan ən yaxşı kitablarından biri


 Bu günlərdə millət vəkili Qənirə Paşayevanın 3 cilddən ibarət, hər biri 400 səhifədən artıq, həm məzmununa görə, həm olduqca  nəfis və heyranedici tərtibatına görə seçilən   (Həmin kitablarda 1000-ə yaxın olduqca maraqlı fotolar yerləşdirib) “Tarixə adın yazan qadınlar” kitablarını oxuculara təqdim edib.

Kitabda “Misir gözəlliyinin etalonu olan” əfsanəvi kraliça Hatşepsutdan tutmuş Misir  tarixinin ən gözəl əfsanəsi VII Kleopatra, Həzrəti Məryəm, Həzrəti Xədicə, Janna Drak, aslan ürəkli bakirə I Yelizeveta, Krala Setkin, İndira Qandi, Marqarita Tetcer, Tansu Çillər, Nobel mükafatına layiq görülmüş qadınlar, qısası hər birinin taleyi bir filmə sığmayan 100 qadın.

Bu 3 cildlikdə Azərbaycan adına 3 qadın haqqında yazı verilib – Tomris, Sara Xatun və Mehriban Əliyeva.

Materialların zənginliyinə,  informasiya tutumuna,  poliqrafik imkanların tətbiqinə... baxanda adama elə gəlir ki, ümumilikdə  1400 səhifəyə yaxın olan bu kitabları bir redaksiya işləyib. Kitabları oxuyanda açıq-aydın hiss edirsən ki, millət vəkili Qənirə xanım bu yazıları elə-belə yox, bütün ruhu, canı, varlığı ilə işləyib.

Nəzərə alandakı Misir ehramlarından tutmuş  digər tarixi yerlərədək Qənirə xanım şəxsən səyahət edib, təkcə oxuduqlarını yox, həm də gördüklərini yazıb, onda kitabın dəyəri daha artır.



Bu kitablardakı hər yazı, buradakı hər qəhrəman haqqında saatlarla danışmaq olar, biz isə hələlik bu kiçik informasiya ilə kifayətlənirik. Yaxşısı budur, oxuyun, görün, dediklərimizdə nə qədər haqlıyıq.

Hörmətli yazıçımız, jurnalistimiz, millət vəkilimiz Qənirə xanım Paşayevanı bu uğuru münasibəti ilə təbrik etməklə yanaşı bir arzumuzu da bildirmək istəyirik.

Cəmi 3 Azərbaycan qadın haqqında yazının bu kitaba düşməsi,  necə deyərlər, ruhumuzu tam qidalandırmır, doldurmur. Həmidə Xanım Məmmədquluzadə, Hənifə Xanım Zərdabi, Məryəm Xanım Bəylərbəyova... və onlar digər Azərbaycan qadınlarından da  bəhs edən “Adını tarixə yazan 100 azərbaycanlı qadın” kitabını da Qənirə Xanım Paşayevanın təqdimatında görmək qismətimiz olsaydı, çox şad olardıq.

Qeyd: İnanırıq ki, Qənirə xanımın bu kitablarından  sonra hər rayon öz ərazisində, ən azından rayon miqyasında tarix yazan ən azı 10 qadın haqqında kitabçalar hazırlasa, bu da maraqlı bir addım olar.

Nəhayət son əvəzi.

Ən azından təhsilli xanımlarımız cehiz kimi bu 3 cildliyini ailə qurduğu ocağa aparsa, bu ən qiymətli hədiyyə sayılar.

Kitab <<Regional Hüquqi və İqtisadi Maarifləndirmə>> İctimai Birliyinin dəstəyi ilə çap olunub.

Fidan Abbaslı

“Ümidim sənsən” İB-nin sədri

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 640

Təcili satılır!

  • 04:07
  • 2 038
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter