Tarixin daha bir maraqlı səhifəsi Hələ də söz sahibinin qadınlar olduğu qəbilə

  • 08.09.2019, 10:26,
  • Tarix

Uşaqlar isə ailənin başçısı və söz sahibi sayılan analarının soyadlarını daşıyırlar


Çinin cənub-qərbində yerləşən Mosuolar qəbiləsi maraqlı sosial və ictimai həyat tərzi sürürlər. Bu qəbilənin əsas özəlliyi ondadır ki, 21-ci əsr olmasına rəğmən, onlarda əsas söz sahibi qadınlardır.


Bu qəbilədə mülkiyyət, miras və iqtisadi məsələlərdə kişilər heç bir hüquqa sahib deyillər və idarəetmə sistemi tamamən qadınların əlində olur.


Uşaqlar isə ailənin başçısı və söz sahibi sayılan analarının soyadlarını daşıyırlar.


Ailədə söz sahibi qadınlar olduğu üçün kişilər ömür boyu “ana evi” adalanan evlərdə, yəni qadınların himayəsində yaşayırlar.


Mosuo qəbiləsində evlilik institutu da qeyri-adi ənənəyə malikdir.  Bu qəbilədə “gəzən evlilik” adalanan bir ənənəyə görə, kişi  toydan sonra gecəni evləndiyi qadının evində keçirir və ancaq növbəti gün öz evinə getmək səlahiyyətinə sahib olur.


Digər bir mənbəyə görə isə, qəbilənin qadınları, ümumiyyətlə ailə həyatı qurmurlar. Qadınlar öz cinsi tələbatını ödəmək üçün seçdiyi kişini öz evlərinə dəvət edirlər. Kişi dəvəti qəbul etməzsə, qadının rəfiqələri tərəfindən döyülə bilər. 


Mosuo xalqının istifadə etdiyi lüğətdə ata, dayı, əmi kürəkən kimi ifadələr, ana, xala, gəlin, qayınana sözlərinin qarşılığı kimi işlənir və bu sözlərin kölgəsində qalır.


Qadınların idarə etdiyi Mosua qəbiləsi maraqlı mədəniyyətə və adət-ənənəyə sahib olmaqla yanaşı, zülmün, zorakılığın yox dərəcəsində olması ilə də fərqlənir.


Lakin Çin Xalq Respublikası Mosua qəbiləsini mədəni və şəcərə baxımından tərkibində olan etnik qruplardan biri kimi tanısa da, onlara hüquqi müstəvidə heç bir səlahiyyət vermir.

Müəllif: Mərahim NəsibAyna.az

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 640

Təcili satılır!

  • 04:07
  • 2 038
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter