Vəkil Adil İsmayılov özünü sabaha necə hazırlayır?

CƏMIYYƏTIN HƏRƏKƏTƏ GƏLMƏSI ILK NÖVBƏDƏ IQTIDARA LAZIMDIR


FB-də olmadığım müddət ərzində vaxtımı istirahət etməyə və cəmiyyətdə baş verənləri təhlil etməyə sərf etmişəm. Biz hara gedirik sualına cavab axtarmışam. Hadisələrin axarına təsir etmək imkanlarını araşdırmışam. Gəldiyim nəticələri dostlarla bölüşmək niyyətindəyəm. Nəzərə alın ki, həmişə bütün hərəkətlərimdə səmimi olmağa çalışmışam. Kiminsə barəsində palaz-palaz tənqidi yazılar yazıb, sonra o, adamın pisliyini istəmirəm demək mənlik deyil. Hələliksə bunu oxuyun.


ÖZÜMLƏ MÜSAHIBƏ


- Sizi son vaxtlar facebookda müşahidə edirəm. Yazdığınız statuslarda, paylaşdığınız fikirlərdə hiss edirəm ki, siz nədənsə narahatsınız, bəlkə də yanılıram.


- Mən ümumiyyətlə həmişə narahat olmuşam, heç vaxt rahat adam olmamışam. Şəxsən mən o fikri bölüşmürəm ki, indi narahatam. Ola bilsin ki, son dövrlər bəlkə bu narahatçılıq artıb. Bu gün cəmiyyətdə hərəkət yoxdur, hamı ölü kimidir çox cüzi bir hissə oyaqdır. İnsanlar öz haqqını tələb edə bilmir. Cəmiyyətin hərəkətə gəlməsi iqtidara da lazımdır. Heç olmasa öz hərəkətlərini ölçüb-biçərlər. Bu gün onların fikri budur ki, hər şey etmək olar. Narahatlığımın bir səbəbi də odur ki, Azərbaycanda nəsə baş verərsə kompramislərə getməyəcəklər və Liviyada, Suriyada baş verən hadisələr burda da yaşanacaq. Elə bir dönəmə çatmışıq ki, mən buna bir keçid dövrü deyərdim. Bu dövrü 1991-ci ildə bir dəfə də yaşamışam. O vaxt onunla nəticələndi ki, Respublika prokurorluğunda işləyirdim, ordan ərizə verdim çıxdım. Həmin dönəmdə hiss edirdim ki, nəsə olacaq və oldu da. Sovetlər Birliyi dağıldı, müstəqillik qazandıq, amma mənim istədiyim heç bir dəyişiklik olmadı. Mən hesab edirdim ki, Azərbaycan müstəqil, demokratik quruluşlu, hüquqi dövlət olacaq. Bu gün də həmin oxşar situasiyadır. Düşünürəm ki, gələn il nəsə dəyişiklik olacaq. Elə buna görə də özümü bu dəyişikliyə hazırlayıram. İstəyirəm cəmiyyət də hazır olsun. Amma hadisələrin inkişafı göstərir ki, faktiki olaraq cəmiyyət dəyişikliyə hazır deyil.


- Mən belə başa düşdüm ki, 1991-ci ildə baş verən dəyişikliyə də cəmiyyət hazır deyildi, indikinə də. Bəs nə vaxt hazır olacaq bu cəmiyyət?


- Mən bu məsələyə bir az başqa cür yanaşıram. Məncə cəmiyyət yox cəmiyyətin aktivləri hazır deyil. Yəqin yadınızdadır ki, o vaxt hadisələr nə ilə nəticələndi. Öncə Ayaz Mütəllibov, 1 il sonra Xalq Cəbhəsi gəldi hakimiyyətə və görüntü olaraq deyə bilərlər ki, çox şey dəyişdi, amma heç nə dəyişmədi. Müxtəlif bəhanələr, səbəblər gətirilərək parlament seçkiləri keçirilmədi. Nəyə görə keçirilmədiyi də aydın məsələdir. Onlar cəmiyyəti idarə etməyə hazır deyildilər. İdarəçilik qabiliyyəti demək olar ki, yox idi... (müsahibənin davamı şərhdə)


Adil İsmayılov, Tanınmış vəkil


Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 635

Təcili satılır!

  • 04:07
  • 2 035
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter