Azərbaycan torpaqlarından Ermənistana 17 milyon kvt/saatdan çox elektrik enerjisi ötürüldü...

“2018-ci ildə Ermənistana 17 milyon kilovat-saatdan artıq elektrik enerjisi ixrac edilib”.  

Separatçı nəşrlərin yaydığı məlumata görə, bunu Xankəndidə keçirdiyi mətbuat konfransında Azərbaycan torpaqlarında qondarma separatçı-terrorçu rejimin  “dövlət naziri” sayılan Qriqori Martirosyan söyləyib.

“Artıq elektrik enerjisi ixrac edən bir ölkə olduğumuzu bəyan edə bilərik. Bu il həmin göstəricini xeyli artırmaq niyyətindəyik - 100 milyon kilovat-saata yaxın elektrik enerjisi ixrac etməyi planlaşdırırıq",- deyən separatçı məmur bunun enerji müstəqilliyi baxımından  çox müsbət addım olduğunu vurğulayıb.

Q.Martirosyan əlavə edib ki, rejim rəhbərliyi günəş enerjisinin kütləvi istehsalı istiqamətində də tədbirlər görür.

Moderator.az
Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 219
Aliexpress WW
AirHelp Many GEO's
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter