"Mirşahin müəllim, 149 manatla övlad saxlaya bilərsiniz?"

"Uşaqpulunun bərpasını ona görə istəyirik ki, ən azından, onların minimum ehtiyacını qarşılaya bilək"
 
"Real" telekanalının rəhbəri, telejurnalist Mirşahin Ağayev indiki dövrdə uşaqpulunun bərpasına ehtiyac olmadığını deyib: "Uşaqlar üçün verilən müavinət həm də o məqsədi güdürdü ki, gənc ailələr çoxuşaqlı olmaqda maraqlı olsun. Bu gün o problem də yoxdur. Məsələn, bu il ərzində minimum əməkhaqqı və minimum pensiya məbləği kəskin artırılıb. Bu da ailələrə imkan verir uşaqlarını saxlasınlar".
 
M.Ağayevin bu fikirləri cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. AYNA xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dosenti, tarixçi Zaur Əliyev telefurnalistin fikirlərinə konkret rəqəmlərlə cavab verib:
 
"Mənim AMEA-da elmi katib kimi, artımdan sonra əməkhaqqım 529 manatdır. Aylıq 350 manat kredit ödəyirəm. Kirayədə qalanları da nəzərə alın.
 
Unutmayın, Bakıda 60 faiz gənc ailənin şəxsi evi yoxdur. Yolpulum ayda 30 manat edir. Üstəlik də bu pula mən yemək yeməli və geyinməliyəm. 529-350=179 manat pul qalır. Və 179-30=149 manat edir. Mən 149 manatla oğlumu məktəbə necə göndərim?

Üstəlik, deyirsiniz, bizdə uşaqlar dünyaya çox gəlir. Azərbaycanda gənc ailələrin 70 faizinin bir, uzağı, iki uşağı var. Amma Sovet dövründə ailədə ən azı 3-4 uşaq olurdu.
 
Hazırda məktəbli geyimi, çantası və ləvazimatları, minimum 150 manat edir. Keçən il çanta 20 manat idisə, bu il 40 manat olub. Ləvazimatların qiymətini hələ yazmıram.
 
+ Oğlumun yolpulu, yəni ona gündə 1 manat yemək pulu verməliyəm;
+ Evimə yemək almalıyam;
+ Ən azı, ildə bir dəfə də evdəkilərə geyim almalıyam.
 
Hesablayın, Mirşahin müəllim, sonra deyin ki, hər şey yaxşıdır. Uşaqpulunun bərpasını biz ona görə istəyirik ki, ən azından, onların minimum ehtiyacını qarşılaya bilək".
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 640

Təcili satılır!

  • 04:07
  • 2 038
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter