Imam Hüseyn(ə) ədalətin bərpası üçün qiyam etdi...

«Mən sizə yalnız bir nəsihət verirəm ki,  Allaha xatir iki-iki, bir-bir ayağa qalxın”. (“Səba” 46).
Aşura məktəbinin insana öyrətdiyi 5 dərs...



Aşura məktəbinin bizə verdiyi 5 dərslə tanış olaq:

1. Laqeyd olmaq qadağandır. O kəs ki, Aşura məktəbində dərs alar, heç bir zaman baş verən hadislərə qarşı laqeyd və biganə ola bilməz.

İmam Hüseyn (ə) günün hadisələrinə qarşı laqeyd olmadığına görə qiyam edir, haqq üçün canından keçir. “De: «Mən sizə yalnız bir nəsihət verirəm ki, (bu Peyğəmbəri tanımaq və qəbul etmək üçün qarmaqarışıqlıq salmadan özü də) Allaha xatir iki-iki, bir-bir ayağa qalxın”. (“Səba” 46).

 

2. Susmaq olmaz. Aşura məktəbinin verdiyi dərslərdən biri də cəmiyyəti dini vacibatlar və maariflə tanış etməkdir. Allah Təala Qurandapeyğəmbərlərin (ə) ən mühüm vəzifəsi barəsində buyurur: “(Onları) müjdə verən və qorxudan peyğəmbərlər (olaraq göndərdik) ki, bu peyğəmbərlər(in gəlişin)dən sonra insanların Allaha qarşı heç bir dəlil-sübutu olmasın. Allah həmişə yenilməz qüdrət və (bütün işlərində) hikmət sahibidir”. (“Nisa” 165).

 

3. Necə ölmək dərsi. Aşura məktəbinin tələbəsi yaxşı bilir ki, ölümü necə olmalıdır. Ömrünü fəsad və günah yolunda məhv etməməlidir. Necəki, İmam Hüseyn (ə) və tərəfdaşları ən üstün ölümü seçmişdilər. Aşura məktəbinin tələbəsi də Allah yolunda, vəsi yolunda ölməyi üstün ölmək bilərlər. İmam Hüseyn (ə) buyurur: “İzzətli ölüm, zillətli yaşamaqdan daha yaxşıdır”. (Tebyan)

 

4. Ən çətin vəziyyətdə Allah vəlisi ilə birlikdə olmaq dərsi. Aşura gecəsi İmam Hüseyn (ə) öz beyətini səhabələrindən götürsə də, onlarqaçmadılar və İmamla (ə) qalıb çiyin-çiyinə vuruşdular və şəhid oldular.

 

5. Adil olmaq dərsi. Aşura məktəbi hamıya adil olmağı və ədalətə riayət etməyi öyrədir. İmamın (ə) qiyamı da məhz ədaləti bərpa etmək üçünbaş vermişdi. Rəhmətlik İmam (r) bu haqda buyurur: “Seyyidi-şühədanın (ə) qiyam etdiyi ilk gündən hədəfi – ədaləti iqamə etmək olmuşdur”.
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 640

Təcili satılır!

  • 04:07
  • 2 038
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter