İqtisadçıdan Təhsil Nazirliyinə və Dövlət Neft Fonduna suallar

"İndiyə qədər məzun olan 1913 nəfərdən neçəsi Azərbaycana qayıdıb və işlə təmin olunub?"

 

"Xaricdə dövlət proqramı üzrə təhsil alan 1541 tələbədən nə xəbər var?". AYNA xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu sosial şəbəkədi hesabında paylaşıb.

 

İqtisadçının sözlərinə görə, 31 dekabr 2018-ci il tarixinə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı” çərçivəsində 3 454 nəfərin təhsili ilə bağlı xərclər Dövlət Neft Fondundan (ARDNF) tərəfindən maliyyələşdirilib: "Onlardan bakalavr tələbələrinin sayı 1 180, magistrlər isə 1 430, doktorantura və ya ali tibb dərəcələri üzrə təhsil alanların sayı 692 olub. 2008-2018-ci illər ərzində ARDNF tərəfindən bu proqramın maliyyələşdirilməsinə, ümumilikdə 212,7 milyon manat məbləğində vəsait ayrılıb. Bu ilə qədər 1913 nəfər artıq məzun olub, yerdə qalan 1541 tələbənin taleyi ilə bağlı məlumata çıxış yoxdur". 

 

Q.İbadoğlu həmin tələbələrin aqibəti ilə bağlı Təhsil Nazirliyinə və Dövlət Neft Fonduna suallar ünvanlayıb: "Görəsən, onlar niyə indiyədək məzun olmayıblar, onlardan neçəsi təhsilini hələ də davam etdirir və hansı hissəsi Universitetdən qovularaq və ya Universiteti buraxaraq təhsildən kənarlaşıb? Eyni zamanda maraqldır ki, indiyə qədər məzun olan 1913 nəfərdən neçəsi Azərbaycana qayıdıb və işlə təmin olunub?"

 

"Təhsil Nazirliyindən və Dövlət Neft Fondundan bu suallara aydınlıq gətirməsini istərdim", - deyə o qeyd edib.


(Mənbə: ayna.az)
Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 219
Aliexpress WW
AirHelp Many GEO's
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter