Müxalifətin mitinq yeri olan “Məhsul” stadionu sökülür? Əraziyə texnika gətirilib (FOTO)

Yasamal rayonu ərazisində yerləşən Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionu  (keçmiş “Məhsul” stadionu) ərazisinə texnika gətirilib.
Səhərdən etibarən ekskvator və digər texnika stadionda hazır vəziyyətdə saxlanlır. Əraziyə xeyli şəxslərin olduğu və müəyyən göstərişlər verdikləri nəzərə çarpır. Yasamal icra hakimiyyətinin başçısı Əziz Əzizov da stadiona gəlib. Məhsul stadionun təmir, yoxsa sökülmə prosesinə hazırlıq getməsi barədə məlumatı dəqiqləşdirmək mümkün olmayıb.
Xatırladaq ki, müxalifət partiyaları etiraz mitinqlərini bu stadionda keçirirdi. Sonuncu belə aksiya bu ilin yanvarında baş tutub.
Stadionun təmirə bağlanması ilə bağlı hələ 6 il əvvəl -2013-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Bakı Şəhər İcra Hakimiyyətinə məktub göndərilib.
O zaman qeyd edilmişdi ki, keçirilən mitinqlər nəticəsində stadion ərazisi bərbad vəziyyətə düşüb və təmirə bağlanmasına qərar verilib.  Lakin o vaxt bununla bağlı heç bir addım atılmayıb.

Azpost.info
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 640

Təcili satılır!

  • 04:07
  • 2 038
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter