“Neft olmasa, acından oboy yeyərik”

“Aqrar sahədə istehsalı və ixracatı 32 dəfə artırmaq mümkün deyil”

 

“Bu ilin yanvar-iyul aylarında ölkəmiz 12 mlrd. 267 mln. dollarlıq ixracatımız olub:

1) Xam neft - 9 mlrd. 541 mln. dollar

2) Neft məhsulları - 307 mln. dollar

3) Təbii qaz - 1 mlrd. 262 mln. dollar

4) Elektrik enerjisi - 56 mln. dollar

Yəni xammala bağlı ixracat - 11 mlrd. 166 mln. dollar təşkil edib”.

 

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.

 

“Yerdə qalır 1 mlrd. 101 mln. dollar, yəni 11 mlrd.166 mln. dolları 150 min nəfərin çalışdığı sahələr ixrac edib, yerdə qalan 5,5 mln. nəfər əmək qabiliyyəti olan əhalinin ixracatda payı cəmi-cümü 1 mlrd. 101 mln. dollardır”, - deyə N.Cəfərli qeyd edib.

 

İqtisadçının sözlərinə görə, ən çox satdığımız qeyri-neft məhsulu meyvə-tərəvəzdir - 345 mln. dollarlıq ixracatımız olub: “Hökumət deyir ki, aqrar sahəni inkişaf etdirib pul qazanacağıq - bu nağıldır, mifdir. Xammala bağlı ixracatı əvəz etmək üçün aqrar sahədə məhsul istehsalını və ixracatını 32 dəfə artırmaq lazımdı - bu mümkün deyil. Ölkənin torpaq sahəsi, su resursları, məhsuldarlığın səviyyəsi buna imkan vermir”.

ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂànatiq cÃÂfÃÂrli

“Ölkənin fəlakətli şəkildə neftdən asılılığını deyəndə həm də bu amilləri nəzərə alırıq. Gələn ilin büdcəsinin birbaşa neftdən asılığı 57%-dir, amma dolayı asılılıq da var - dəfələrlə bunu izah etmişik, bir də deyim: Həmin 57% neft pulu büdcədən maaş və təmir-tikinti, investisiya layihələri şəklində ayrılır - büdcədən maaş alanlar 14% vergi verib həmin pulun bir hissəsini büdcəyə qaytarır, 3%-də sosial müdafiə fonduna ödəyir - yəni o da, əsasən, büdcə pulu hesabına dolur”, - deyə ekspert əlavə edib.

 

N.Cəfərlinin sözlərinə görə, hər il büdcədən təmir-tikinti və investisiyalara ayrılan 6-8 mlrd. manat ölkədə iqtisadi canlanma yaradır: “Həmin vəsaitin bir hissisə podratçı və subpodratçı şirkətlərin gəlir və digər vergi öhdəlikləri kimi yenidən büdcəyə dönür - adını da qeyri-neft sektorundan gələn vergi ödəməsi qoyurlar. İşçilər büdcədən aldıqları maaşı ticarətdə xərcləyirlər - o sahədə də vergi öhdəlikləri yaranır, həmin pulun bir hissəsi büdcəyə dönür, buna da qeyri-neft sektoru deyirlər”.

 

“Real vəziyyət budur, neft olmasa, acından oboy yeyərik, dünyada xammaldan ən çox asılı ölkə bizik - heç Nigeriyada da belə asılılıq olmayıb, indi də yoxdur...”, - iqtisadçı əlavə edib.

Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 914

Təcili satılır!

  • 04:07
  • 2 242
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter