Yollardan nə xəbər -||--||


Yollardan nə xəbər -||--||

Əvvəllər adamlar rastlaşanda bir-birindən kef-əhval tuturdular. Sonralar ev-eşiyi qızdırmaq hədsiz çətinləşəndə, odun qıt olanda, bir-biri ilə rastlaşanlar soruşardı ki, “odunun var?” “evini nə ilə qızdırırsan?” İndi kimi dindirirsən, kimlə rastlaşırsan yoldan haray çəkir - bu yollar haçan düzələcək, nə vaxta qədər palçıq içində çapalayacaq? - və buna bənzər suallar verirlər. Bəli, bu yollar haçan düzələcək? Bizdə olan məlumata görə, aprel ayından su-kanalizasiya məsələsinə görə Masallının mərkəzi küçələr də qazılacaq.


Şad xəbər odur ki, İsgəndərli ərazisində mərkəzi yoldan yeni Uşaq Bağçasınadək, bir də Mərkəzi Xəstəxanasınadək olan yollara, eləcə də H. Əliyev adına parkın qərb hissəsindən, yeni inşa edilən Tarix-diyarşünaslıq muzeyinin arxasından keçən və H. Əliyev prospekti ilə birləşən yollara asfalt döşənəcək. Su-kanalizasiya xəttinin çəkilişi ilə əlaqədar qazılıb bərbad hala salınmış yolları təmir etmək üçünsə “Azərsu” şirkəti ilə ciddi danışıqlar aparılır ki, onlar dağıtdıqları şəhərdaxili yolları bərpa etsinlər.

Masallı-Ərkivan yolunda da təmir işləri aparılacaq. Masallıda əsaslı yol tikintisi isə Şatıroba -Türkoba -Hişkədərə - Miyankü - Kubin istiqamətində 12, 3 kilometr, Səmidaxan – Qarğalıq - Qədirli – Eminli - Xallıcallı - Məmmədxanlı kəndlərini əhatə edəcək 12, 4 kilometrlik yol isə həmin istiqamətlərdə dairəvi yol yaradılmasına şərait yaradacaq. Bu barədə ölkə başçısının yaxın günlərdə sərəncam verəcəyi gözlənilir.

Onu da xatırladaq ki, bu il ölkə üzrə yol infrastrukturuna 2, 1 milyard xərclənib.

Bu mövzuda digər xəbər isə ondan ibarətdir ki, yeni çəkilən yollara FHN ciddi nəzarət edəcək. Yəni, yola vurulan asfaltın qalınlığı, istiliyi, ona nə qədər sement, bitum vurulması və digər göstəricilər onlar tərəfindən yoxlandıqdan sonra həmin işlərə başlanacaq.


Bəxtiyar

 

R4suloffR4suloff

OXUNMA SAYI :823

PAYLAŞ
Digər Xəbərlər
Gündəm
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff