“Ulduz”dakı Məhəmmədin (Lütvəli Abdullayevin ifasında) istirahət etdiyi məşhur Ləm niyə bərbad gündədir? (VİDEO)

Respublikamızın memarlıq nümunələrisırasında Ləm (lər) də vardır. Ləmi yay istirahət evi kimi küləfirəngi də adlandırılır. Respublikamızın cənub-şərq regionu, xüsusilə Lənkəran, Astara və Masallı rayonları üçün xarakterik olan Ləmlər əsasən XVIII–XIX əsrlərdə tikilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən 25 Ləm yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınmışdır ki, bunların da 20-i Astara, 4-ü Lənkəran, 1-i Masallı rayonunun payına düşür.

Ləmin quruluşu

Ləmlər iki mərtəbəli olub dörd dirək və yaxud qırmızı kərpicdən hörülmüş dörd sütun üzərində inşa edilir.

Ləmin birinci mərtəbəsindən xidmət otağı kimi istifadə olunur, ikinci mərtəbə isə istirahət üçün nəzərdə tutulur. İkinci mərtəbəyə taxta pillələrlə çıxırlar.

Ləm yay istirahət evi olduğundan o, dörd tərəfdən açıq olur. Yerli meşə materiallarından keçirmə üsulla inşa edilmiş Ləmlərin sayı əvvəllər daha cox olmuşdur.

150 yaşlı Ərçivan ləmi

Hazırda Lənkəran bölgəsində 16 Ləm qorunub saxlanmaqdadır («Söz» jurnalı, oktyabr 2016). Həmin Ləmlərdən biri və həm də ən məşhuru Astara rayonunun Ərçivan qəsəbəsində Əsədulla Musayevin həyətində yerləşir. 150 yaşı olan bu Ləmin ümumi sahəsi 40 kv.m-dir. Ləmin birinci mərtəbəsi qırmızı kərpicdən hörülmüş dörd sütun, ikinci mərtəbəsi isə dirəklərdən ibarətdir. Kərpiclərin hörülməsində yumurta sarısından istifadə edilmiş, ləmin damı ilk əvvəllər su buraxmayan bitkilərlə, o cümlədən lığ, küləş və qamışla örtülsə də, sonralar isə qamışı tikinti materialı olan kirəmit əvəz etmişdir.

Ərçivan Ləmini digər ləmlərdən fərqləndirən, ona şöhrət gətirən əsas amil"Azərbaycanfilm« kinostudiyasının 1965-ci il istehsalı olan məşhur „Ulduz“ bədii filmində Məhəmmədlə Züleyxanın tanışlıq səhnəsinin məhz burada lentə alınmasıdır.


Ləmi görmək istəyənlər və orada istirahət edənlər arasında bir çoxgörkəmli şəxsiyyətlər olmuşdur. Tanınmış yazıçıFərman Kərimzadə bir vaxtlar „Xufafərin körpüsü“ romanı üçün materiallar toplayanda bu ləmdə istirahət edib.

Bəs bu gün həmin məşhur Ləm nə vəziyyətdədir?

Ləm dedikdə şübhəsiz ki,"Ulduz« filmindəki Məhəmmədlə Züleyxanın tanışlıq səhnəsinin lentə alındığı ləm göz önünə gəlir.

Bu ilsentyabrın 21-də (2019) həmin ləmdə olarkən, gördüklərim məni çox məyus etdi. Belə ki, Ləmin dam örtüyünün konstruksiyası qəzalı vəziyyətə düşmüş, bir neçəxarpası sınmış və çürümüş, ikinci mərtəbənin döşəmələri isə demək olar ki,yarasız hala düşdüyündən hər an təhlükə mənbəyinə çevrilə bilər. Möhkəm qar yağacağı təqdirdə Ləmin dam örtüyünün çökmək təhlükəsi vardır.Əgərləmtəcili təmir olunmazsa, yaxın zamanlarda uçub dağılmaqla ondan əsər-əlamət qalmayacaqdır. Nəticədə,unikal memarlıq abidələrindən olan respublikamızın „1 saylı“ Ləmi tarixə qovüşmüş olacaqdır.

Qeyd edim ki, Ərçivan Ləmi 4091 invertar sayı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınaraq dövlət mühafizəsinə götürülmüşdür.Nə qədər ki, gec deyil əlaqədar təşkilatlar dövlət mühafizəsinə götürülmüş Ərçivan Ləminin təmiri barəsində düşünməlidirlər.

Ləmlər az qala Astara rayonunun simvollarından birinə çevrilmişdir

Yeri gəlmişkən, onu da qeyd edək ki, Astara bulvarındakı elitar restoran da Ləm adlanır

Qeyd etdiyimiz kimi Astarada 20 Ləm memarlıq abidəsi kimi qeydə alınmışdır. Ərçivandakı Ləm haqqında artıq danışdıq. Astaradakı digər Ləmlər isə rayonun aşağıdakı kəndlərində qeydə alınmışdır.

Pensər — 4, Kakalos — 3,Bala Şahağac — 3,Şahağac — 2, Rudəkənar — 2,Təngərüd — 2, Səncərədi — 2, Siyətük — 1.

Lənkəran ləmləri

Gəgiranda"Yusifi ləm"

Hal-hazırda Lənkəran şəhərindən 36 km şimal-qərbdə yerləşən Gəgiran kəndində1 Ləm qalmaqdadır. Ləm kəndin mərkəzində, Yusif İbadovun mülkündə yerləşir. Kənd sakini Yusif İbadova məxsus olmuş bu Ləm 1895-ci ildə tikilmişdir. Buna görə də Ləm kənddə „Yusifi ləm“ (Yusifin ləmi) kimi tanınır. Ləmin uzunluğu 6 metr, eni isə 4 metrdir. „Yusifin ləmi“ iri qənbər daşları üzərində yerləşir. Bu daşlar sütun rolunu oynayır. Ləmin sütunları dirəkdəndir. Dam örtüyü ilk əvvəl lığdan-qamışdan olmuş, 60-cı illərdə isə kirəmitlə əvəz olunmuşdur. Hazırda dam örtüyünün bir hissəsi kirəmit, digər hissəsi isə şiferdəndir. Sonralar Ləmin birinci mərtəbəsi püştə divarla tutularaq ondan „qış evi“ kimi istifadə edilmişdir. Püştə palçıq və samanın qarışığından olub, ağac vəllərin içinə, ortasına yerləşdirilir. Ləmin sol tərəfinə anbar məqsədilə taxta tikili əlavə edilmişdir. Hal-hazırda Yusif İbadovun mülkündə, evində yaşayış yoxdur. Çox yaxşı olardı ki, „Yusifin ləmi“ əlaqədar təşkilatlar tərəfindən XIX əsrə aid memarlıq abidəsi kimi qeydə alınaydı. Çünki bu gün rayon ərazisində yay istirahət evi olan bir neçə Ləm qalmaqdadır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı Qərarına əsasən Lənkəran rayonunda 4 Ləm yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınmışdır. Bu Ləmlər rayonun Boladi, Kosalar (2) və Diryan kəndlərində yerləşmişlər. Əslində bu heç də rayonda olan Ləmlərin tam siyahısı deyildir. Çünki, ötən əsrin 80-ci illərinə qədər rayonun bəlkə də hər bir yaşayış məntəqəsində Ləm (lər) olmuşdur. Qeyd olunan dövrə qədər təkcə yaşadığım Havzava kəndində 6 Ləm (Qurban, Oğul, Mehti, Mirağa, İbad, Rəşid) olmuşdur. Bu Ləmlərdən biri babam Qurban Hadi oğlu Şükürovun həyətində (indi orada İsmayıl əmim yaşayır) yerləşmişdir. Babamın (Qurban babam 1969-cu ildə vəfat etmişdir) Ləminin 1979-cu ildə sökülməsi səhnəsi bu gün də yaxşı yadımdadır. Həmin vaxt 9 yaşlı uşaq kimi Ləmin sökülmə prosesinə maraqla baxmışam. Bu gün isə həmin səhnə mənə acı xatirə olaraq qalır.


BOLADİLƏMİ

Lənkəran rayonun əksər yaşayış məntəqələrində, o çümlədən Boladi kəndində də Ləmlər olmuşdur. Əgər ötən əsrin 70-ci illərinə qədər kənddə 20-dən çox Ləm var idisə, hal-hazırdabir Ləm qalmışdır.XIX əsrdə tikilmiş və Həsən Həsənova məxsus olmuşLəm Boladi kəndinin Seyidoba məhəlləsində yerləşir.

Uzunluğuvə hündürlüyü 5, eni isə 3,8 metrdir. Ləm qırmızı kərpicdən olan dörd sütun üzərində yerləşir. Ləmin birinci mərtəbəsinin sütunları qırmızı kərpicdən, ikinci mərtəbəsi isə dirəkdəndir. Damı kirəmitlə örtülmüşdür. Ləmin yerləşdiyi həyətdə hal-hazırda Həsən Həsənovun nəvəsi Ceyhun Eldar oğlu Həsənov yaşayır. Ləm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə Lənkəran rayonu üzrə memarlıq abidəsi kimi qeydə alınmış 4 Ləmdən biridir. Ləm 4798 invertar sayı ilə XIX əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınaraq dövlət mühafizəsinə götürülmüşdür.

Lənkəranda memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınmış digər 3 Ləm Kosalar (2) və Diryan kəndlərində yerləşmişdir. Çox əfsuslar olsun ki, baxımsızlıq üzündən həmin Ləmlər uçub-dağldıqları üçün artıq mövcud deyillər.


Masallıda 1 ləm var

Masallı rayonunun kəndlərində də çoxlu sayda Ləmlər olmuşdur. Lakin, bu Ləmlərdən yalnız biri, Sığdaş kəndindəki Ləm yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınmışdır. Bu ləm hazırda Masallı Təhsil Şöbəsində çalışan Kamal Tarverdiyevin ata həyətindədir və normal vəziyyətdədir. (Daha bir neçə ləm haqqında təxmini məlumatlar da var ki dəqiqləşdirilir)


İldırım ŞÜKÜRZADƏ

Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin tarix müəllimi,

tədqiqatçı-tarixçi

cenubxeberleri.com


Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 164
Aliexpress WW
AirHelp Many GEO's
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter