• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

"Sevgi məhbusu" Fədayə Laçında bir xatirə- "Yarı zindanda, gülü xəndanda görən ağlası"


Siyasi fəal, Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı həbsxanada olarkən müğənni Fədayə Laçınla tanışlıqları haqda yazıb.


O, Fədayəni "sevgi məhbusu" adlandırıb. Ramin Hacılı Fədayənin bağışlanılmasını xahiş edib.

Həmin statusu təqdim edirik:

Sevgi məhbusları üçün müraciət:

12 mart 2019. Təcridxanadan Apellyasiya Məhkəməsinə aparılırıq. Maşında kişilər ayrı, qadınlar ayrı əyləşir. İlk dəfə Fədayə Laçını orda gördüm. Salamlaşdıq, tor qapıdan o, biz tərəfi yarımçıq görürdü, mən isə qapı tərəfdə oturduğumdan onu və yanındakı Günay adlı xanımı görə bilirdim. Onlar "dvoynik" deyilən ikinəfərlik yerdə oturmuşdular. 

"Allah köməyiniz olsun, sevgi məhbusları" dedim. Beləcə, dialoqumuz başladı, məhkəmənin saxlama hücrəsində də qarşı saxlanclarda olduq. 
Çox sual verdim. Saatlarla danışdıq. Arada mən məhkəmə zalına gedib prosesə qatıldım, sonra onlar.

Təcridxanaya dönəndə artıq illərin dostları kimi danışırdıq. Dustaqlıq insanı eyni taleyin bağları kimi bir-birinə düyünləyir, bilirsiz. 

Və Fədai Laçın "məni zindanda görən, yarı güldanda görən ağlasın" mahnısını zümzümə etməyə başladı. Günay xanımla xahiş etdik ki, daha uca səslə oxusun. Sözümüzü yerə salmadı, sağ olsun. Təsəvvür edin, Fədayə Laçının canlı konsertindəydim, amma dustaq maşınında - varanokda.

Həbsdən çıxandan sonra hər qarşıma çıxan səlahiyyət sahibindən, fikir adamından, ziyalıdan... bu xanımlara yardımçı olmağ xahiş edirəm. Rəşad Məcid, Mirşahin Ağayev kimi jurnalistlərdən də "sevgi məhbusu"na yardım etməyin yolunu soruşmuşam.

Hər iki xanımı çox pozitiv və həyat eşqi ilə gördüm. Onlara həbsxanada olmağı yaraşdıra bilmədim. Fədayə xanımı tanıyırsız. Onunla birgə saxlanılar tanınmayan Günay xanım da gözəl, mədəni, səmimi idi. 

Öz növbəmdə mən də dövlət rəhbərliyindən Fədayə Laçın və Günay Atakişiyevanın azadlığa qovuşması üçün humanist qərar çıxarılmasını xahiş edirəm. (azxeber.com)

Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 499

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter