Yardımlı prokurorunun 24 yaşlı oğlunun faciəli vəfatı

Onun Bakıda “Azadlıq” meydanında hələ də sahibi bilinməyən maşınla vurulduğu bildirilir
Yardımlı rayonunun prokuroru Vahid Məmmədliyə ağır itki üz verib. Onun Bakıda tələbə olan yeganı oğlu Abbas Məmmədli dünən faciəli şəkildə vəfat edib. Redaksiyaya daxil olan məlumata görə Abbas Məmmədli fevralın 3-də Bakı şəhərində, “Azadlıq” meydanı istiqamətində yolu piyada keçərkən naməlum maşın tərəfindən vurulub. Üstündə sənəd olmadığı üçün öncə ailəsi hadisədən xəbərsiz olub. Bir neçə saatdan sonra onu vəfat etmiş halda xəstəxanada tapılıblar. Onu vuran maşın hələ ki, müəyyənləşməyib.
A. Məmmədli fevralın 4-də dəfn olunub. Onun hüzr məclisi Bakıda keçirilir.
Bir daha xatırladırıq ki, Abbas ailənin tək oğlu olub və subay idi. Ailənin ondan savayı bir qızı var ki, o da Bakıda ali təhsil alır.
Ağır itki münasibəti ilə Vahid Məmmədliyə dərin hüznlə başsağlığı verir, ona Allahdan səbir diləyirik.
Allah rəhmət eləsin!
Rəy yaz
  • SimeIin
  • 25-06-2019, 17:07
  • : 17:07
    • Нравится
    • 0
Легкий Заработок в Интернете от 10 000 - 15 000 рублей в день Перейти на сайт https://free-zarabotok.ru/
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter