Lamiyə “dastanı”nın hər gün yeni “”qolları” açılır

Çoxları üçün Lamiyə məsələsi İŞİD-də, Ukrayna-Rusiya savaşını da yaddan çıxarıb
Bir aya yaxındır ki, Lamiyə məsələsi ölkə mətbuatının əsas mövzusu olub. Lənkəranda bir dəfəyə 4 uşaq doğan anadan 1-2 saat danışıb dayandılar, türmədə dünyaya bir uşaq gətirən Lamiyə barədə isə söhbətlər bitmir.
Bu barədə yazılanlar, deyilənlər o qədər çoxdur ki, baş-başa duzsən 100-200 səhifəni ötər. Lakin region oxucuların arzusunu nəzərə alaraq, yazılanların qısa xülasəsini sizə təqdim edirik.

Deməli, ötən ilin oktyabr ayında həbsxanada olan Lamiyə dünyaya uşaq gətirir. Lakin uşağın atasının kim olması dəqiq bilinmir. Köhnə söhbətlər yenidən gündəmə gəlir.
Bu, Lamiyədir ki, 12 il öncə, 2003-cü ildə Şəmkirdə, həmin rayonun icra başçısı Aslan Aslanovun oğlu Ruslanı bıçaqla öldürərək qətlə yetirmişdi.
Mətbuatın, eləcə də həbsdə olanların vəkillərinin bildirdiyinə görə, Lamiyə hələ 12 yaşında məktəbdə oxuyarkən Ruslan onu sinifdə zorlayıb. Həm də bildirilir ki, Ruslan qapıda əlisilahlı əsgər saxlayaraq Lamiyəyə təcavüz edib.
Bir neçə il sonra Lamiyə həmyerlisi Vüqar Əliyevlə nişanlanır. Lakin Vüqar Lamiyənin bakirə olmadığını biləndən sonra nişanını qaytarmaq istəyir. Vüqar Lamiyənin razılığı ilə onun dediklərini kasetə yazır. Lakin Ruslan deyir ki, qoy olanları Lamiyə üzümə desin. Onlar – Lamiyə, Ruslan və Vüqar axşam 11-12 arası görüşür və bu görüşdə Lamiyə onun bakirəliyinə pozan icra başçısının oğlunu bıçaqlayaraq öldürür.
Lamiyə və Vüqar həbs olunur. Azyaşlı olduğu üçün Lamiyəyə 10 il, Vüqara isə ömürlük həbs cəzasına məhkum edilir. Qətlin əsas səbəbi saxtalaşdıraraq, guya bu hadisənin torpaq məsələsinə görə olduğu sənədləşdirilir. Aslan Aslanovun qəzəbi bununla soyumur və o, oğlunun qətlində əli olan şəxslərin atasını, anasını, qardaşını, xalalarını, gəlinlərini..., qısası, 12 qohumunu həbs etdirir, Vüqarın evini uçurtdurur, qısası, bu şəxslərə və qohumlarına olmazın işgəncələr verilir. Vüqarın atası bildirib ki, oğlunu polislər tapançanın dalı ilə 6 dişini sındırıblar, butulka ilə başına vurub ölümcül hala salıblar. Onu məcbur ediblər ki, desin, guya bu işi ona qarşı vergilər naziri təşkil edib. Eləcə də icra başçısının digər düşmənlərini-bazarkomu, bir şirkət sahibinin adına bura qatmaq istəyiblər. Onlara məxsus dükanı dağıdıblar və həmin yerdə başçısının ölən oğlunun adına park salmaq istəyiblər.
Məhz bu dəhşətlər unudulan vaxtda, 12 ildən sonra Lamiyə dünyaya uşaq gətirir. Qapalı müəssisədə dünyaya uşaq gətirməyin mümkünsüz olduğu bəlli olduğundan bu doğuş böyük şübhələr doğurur. Həmin qapalı həbsxananın keçmiş və indiki kişi rəisləri və müavinlərinin qanları DNT analizinə göndərilir. (Çünki həmin müəssisədə başqa kişi cinsindən olan şəxslər olmayıb).
Lamiyə özü bildirir ki, o, Bakı İstintaq Təcridxanasında bir məhbusla görüşüb və uşaq həmin kişidəndir. Ekspertlər isə bildirir ki, nikahı olmayan şəxslərin həbsxanada bir-biri ilə görüşməsi mümkünsüzdür. Mərtəbə ayrı, hər tərəf kamera və nəzarətçilər... yəni belə arzunu reallaşdırmaq mümkün deyil. Lamiyənin uşağın atası kimi təqdim etdiyi şəxs isə bildirib ki, Lamiyəni qiyabi tanısa da, onunla canlı təmasda olmayıb. Onu da xatırladaq ki, Lamiyənin əvvəlki nişanlısı Vüqar Əliyev Qobustan həbsxanasında olsa da, burada başqası ilə ailə həyatı qurub.
Həmçinin bildirilir ki, bu Lamiyənin 3-cü uşağıdır. Biri Ruslandan olub, həbs olunan ərəfədə abort etdiriblər. 2-si həbsxananın keçmiş rəisindən olub, onu da zərərsizləşdiriblər. 3-cü, yəni hazır ki uşağın da hazırkı sabiq rəisindən olduğu bildirilir ki, o sonradan işdən çıxdığı üçün uşağı zərərsizləşdirməyə imkanı olmayıb.
Bir məqamı da xatırladaq ki, Lamiyənin 10 illik cəzasının bitməsinə az qalmış, onun cəzası daha 5, 6 ay artırılır. Daha sonra onun üçün daha bir cinayət işi açılsa da, sonda Ali Məhkəmə Lamiyəyə qarşı 3-cü cinayət işinə görə başlanmış məhkəmədə ona bəraət verir. Hazırda 28 yaşlı Lamiyə 12 ildir ki həbsxanadadır və daha 3, 5 il orada cəza çəkməlidir.
Aslan Aslanov isə Şəmkirin icra başçılığından çıxandan sonra uzun müddət Kənd Təsərrüfatı nazirinin müavini işləyib. Onun oğlu Ədliyyə Nazirliyində işləyir. Bəziləri güman edirlər ki, Lamiyənin dünyaya oğul gətirməsinə şərait yaradılması bir təşkildir və sonda onun da oğlunu öldürəcəklər və bu qızdan daha bir intiqam alacaqlar.
Bu qisasçılıq Milli Məclisə qədər gedib çıxıb, lakin hələ də məsələyə tam aydınlıq gəlmir.
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 925

Təcili satılır!

  • 04:07
  • 2 249
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter