• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Teymur Rəcəbov çinli rəqibini məğlub edib-Rəcəbov sonuncu turda da qalib olsa 110 min DOLLAR QAZANACAQ


Şahmatçımız Dünya Kubokunun finalına qələbə qazanıb

 

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Dünya Kubokunda üçüncü final görüşünü keçirib. Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən görüşdə, 32 yaşlı Rəcəbov çinli rəqibi Dinq Lirenlə qarşılaşıb.

 

Görüş 46-cı gedişdə şahmatçımızın qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Azərbaycan təmsilçisi ümumi hesabı bərabərləşdirə bilib - 1.5:1.5.

 

Finalçılar oktyabrın 3-də sonuncu görüşlərini keçirəcəklər. Həmin dueldə qalib müəyyənləşməsə, oktyabrın 4-də “tay-breyk” olacaq.

 

Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

(ayna.az)
Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 560

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter