Bakının mərkəzində qumarxana işlədənlərlə bağlı YENİ XƏBƏR - FOTO


Bir müddət əvvəl Bakının mərkəzində qumarxana açdıqları üçün polis tərəfindən tutulan və məhkum edilən şəxslər Ali Məhkəməyə müraciət edib.

Cinayət Məcəlləsinin 244-1.2.2-ci (Qumarxana təşkil etmə və ya saxlama - qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) maddəsi ilə məhkum edilən Quliyev Elçin Qaryağdı oğlu və Yüzbaşov Rüfət Rasim oğlu Ali Məhkəmədən işə yenidən baxılmasını və cəzalarının azaldılmasını xahiş ediblər. İş hakim Tahir Kazımovun icraatına verilib.

Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qeyri-qanuni təşkil olunan qumarxana, kazino, totalizator və bu kimi oyunların keçirildiyi gizli obyektlərin fəaliyyətinin qarşının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

DİN-dən Trend-ə verilən məlumata görə, Baş İdarəyə paytaxtın Nəsimi rayonu S.Vurğun küçəsində yerləşən mənzillərdən birində “Texas Holdem Poker” adlı kart qumar oyunlarının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində qeyd edilən mənzil nəzarətə götürülüb və toplanan materiallar əsasında orada qumar oyunlarının təşkil edildiyi sübuta yetirilib. Əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətin əsas təşkilatçıları - paytaxt sakinləri Elçin Quliyev və Rüfət Yüzbaşov, həmçinin orada qumar oynayan daha 8 nəfər polis əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırma zamanı E.Quliyevin R.Yüzbaşovla birlikdə kirayəyə götürdükləri həmin mənzildə qanunsuz poker qumar oyunları təşkil etdikləri sübuta yetirilib.

Evə baxış zamanı kartlar, çoxlu sayda oyun fişləri, qumar oyunlarına qoyulan əsasən xarici valyutadan ibarət külli miqdarda pul vəsaitləri, eləcə də iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilən fakta bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. E.Quliyevin R.Yüzbaşov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.


publika.az
Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 232
Aliexpress WW
AirHelp Many GEO's
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter