• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

“Qarabağ”ın 4:1 hesabı ilə qalib gəldiyi matçda oyun içində oyun "Ermənilərin “Qarabağ”ın oyunu zamanı təxribatı əvvəlcədən planlaşdırılıb" - Elxan Şahinoğlu


"Ermənilərin Lüksemburqda “Qarabağ” futbol komandasının oyunu zamanı təxribatı əvvəlcədən planlaşdırılıb və maliyələşdirilib, bu separatçılarla erməni lobbisinin birgə “layihəsidir”"

 

Bunu politloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, ermənilər bu addımı atmaqla özlərinə ziyan etmiş olublar: "Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Amerikanın Los-Anceles şəhərində erməni disaporu qarşısında çıxış edərkən təyyarə vasitəsilə səmada “Qarabağ Azərbaycanındır” şüarı görünmüşdü. Bu bizim Paşinyana sürprimiz idi. Görünür, erməni lobbisi buna cavab olaraq “Qarabağın” oyununa separatçıların bayrağını dronla havaya qaldırmaqda görüblər. Özlərinə ziyan etdilər. Birincisi, bizimkilərin Amerikada təyyarə vasitəsilə həyata keçirdiyi aksiyada qanunsuz heç nə yox idi, ermənilər isə oyunun gedişini pozdular və buna görə ev sahibinin futbol komandası UEFA tərəfindən cəzalandırılacaq. Dronun futbol meydanından və ya kənarından idarə olunub-olunmadığı ayrıca araşdırılmalıdır".

 

E.Şahinoğlu qeyd edib ki, mübarizə davam edir və növbəti gedişi biz hazırlamalıyıq.

 

"Bugünkü hadisə bir daha göstərdi ki, müharibə yalnız səngərdə getmir, konfranslarda və idman oyunlarında da şiddətli mübarizə gedir. Ermənistanın baş naziri Xankəndidə “Qarabağ Ermənistandır” deyir, Azərbaycan prezidenti ona Soçidə dövlət başçılarının iştirak etdiyi konfransdan “Qarabağ Azərbaycandır” deməklə cavab verir. Döyüş davam edir", - deyə o əlavə edib.

 

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsində keçirilən, Həmyerlilərimizin 4:1 hesabı ilə qalib gəldiyi  "Düdelanj" - "Qarabağ" matçında təxribat baş verib. Belə ki, matçın 31-ci dəqiqəsində dronla meydanın mərkəzinə qondarma rejimin "bayrağı" gətirilib. Bu isə "Qarabağ"ın futbolçularının kəskin etirazına səbəb olub. Təxribata görə qarşılaşmanın baş hakimi oyunu yarımçıq saxlayıb. 

Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 560

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter