Yardımlıda 9 yaşlı oğlunun gözü qarşısında atanı öldürən şəxsin cinayət işi üzrə məhkəmə başlayır


Oktyabrın 10-da Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim İlkin Abdullayevin sədrliyi ilə Yardımlı rayon sakini Bəhruz İsgəndərovun öldürülməsi işi üzrə məhkəmə prosesi keçiriləcək.

Cinayət bu il fevralın 23-də törədilib. Bir qrup silahlı şəxs Ləzərən kəndinə gələrək B.İsgəndərova 9 yaşlı oğlunun gözləri qarşısında çoxsaylı bıçaq xəsarəti yetirməklə onu öldürüb.

Digər kənd sakinləri Pərviz və Tərlan İsgəndərovlar, İbrahim Mirzəyev yaralanıblar. Sonra münaqişə edən şəxslər B.İsgəndərovun beş azyaşlı uşağının olduğu evə hücum ediblər. Hadisə böyük rezonans doğurub.

Ləzəran kəndinin 71 sakini prezident İlham Əliyevə və baş prokuror Zakir Qaralova müraciət edərək cinayət törədənlərdən heç kimin saxlanmamasından şikayətləniblər.

Martın 5-də DİN və Baş Prokurorluq CM-nin 120.1-ci maddəsi (qəsdən adam öldürmək) ilə cinayət işi qaldırdığını bildirdi. Hücum edənlərdən biri Teymur Hüseynov saxlanılaraq qabaqcadan əlbir olmaq maddəsi (CM-in 120.1-ci maddəsi) ilə həbs edilib. Cinayətin digər iştirakçıları Röyal Məmmədov, Elşən Hüseynov, İsgəndər Hüseynov və Zamin Hüseynov həmin maddələrlə məsuliyyətə cəlb olunublar.

Qətllə nəticələnən münaqişənin səbəbi açıqlanmayıb. 

Turan İA
Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 232
Aliexpress WW
AirHelp Many GEO's
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter