• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Əli Kərimli mitinqlə bağlı son qərarı açıqladı

AXCP sədri Əli Kərimli Demokratik Qüvvələrin Milli Şurasının 19 oktyabr mitinqinin təxirə salınmayacağını bəyan edib.
Mitinqi paytaxtda keçirmək niyyəti var. Təşkilatçıların Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətdə aksiyaya üç yerdən birini ayırmaq təklif olunub: “28 May” metro stansiyasının qarşısındakı meydan, Tofiq Bəhramov stadionunun qarşısındakı meydan və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı park.
Cenubxeberleri.com xəbər verir ki, novator.az-ın məlumatına görə, xaricdən internetlə yayılan “Osmanqızı TV”yə 14 oktyabr müsahibəsində Əli Kərimli deyib ki, mitinqi Bakı Şəhər İcra Hakimiyyətinin təklif edəcəyi başqa bir meydanda da keçirməyə razılaşa bilərlər. Ancaq Əli Kərimli həmin meydanın şəhər mərkəzindən uzaq olmaması şərtini irəli sürüb. O bildirib ki, hökumət aksiyaya razılıq verməyəcəyi təqdirdə Milli Şura mitinqi “28 May” metro stansiyasının qarşısındakı meydanda keçirəcək.
19 oktyabr aksiyasının təxirə salınmayacağını, Milli Şuranın həmin gün Bakıda mitinq keçirilməsi barədə qəti qərar qəbul etdiyini vurğulayan AXCP sədri hökuməti düşünməyə, aksiyanın razılıqla keçirilməsinə şərait yaratmağa çağırıb.
2013-cü ildən Bakıda mitinqlərə Yasamal rayonundakı İdman-Sağlamlıq Kompleksinin stadionu (metronun “İnşaatçılar” stansiyasının yaxınlığı) ayrılıb. Orada sonuncu mitinqi 2019-cu il yanvarın 19-da Milli Şura keçirib. Bundan sonra Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda aksiya keçirməyə icazə verməyib, sentyabr ayında isə Yasamaldakı İdman-Sağlamlıq Kompleksində təmirə başlandığı bəyan olunub.
Milli Şura sentyabrın 28-nə təyin etdiyi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətindən “28 May” metro stansiyasının qarşısındakı meydanı, Tofiq Bəhramov stadionunun qarşısındakı meydanı və “Nəriman Nərimanov” metro stansiyasının yanındakı parkı istəyib. Paytaxt rəhbərliyi Milli Şuraya mitinqi Qaradağ rayonunun Lökbatan qəsəbəsində, “Neftçi” İdman Klubu Birliyinin Qaradağ Təlim-İdman Bazasının stadionunda keçirməyi məsləhət görüb. Təklifdən imtina olunub.
Milli Şura aksiyalara gediş-gəlişin rahat olduğu meydanın ayrılması tələbi ilə oktyabrın 8-i Bakının mərkəzində piket və yürüş keçirib.
Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 564

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter