Vatikanda “ağıllı” təsbeh yaradılıb - VİDEO


Vatikanda müasir texnologiya və qurğuları sevən gənc katoliklərin kilsəyə cəlb edilməsi məqsədilə "ağıllı" təsbeh buraxılıb.

 

"ICTnews" xəbər verir ki, "eRosary" adlı qurğu 10 əqiq və gematit muncuq dənəsini özündə birləşdirən kiçik təsbeh və elektron proqram təminatının quraşdırıldığı xaçdan ibarətdir.

 

Təsbeh dini məzmunlu xüsusi mobil proqram vasitəsilə sinxronlaşır. Bundan başqa, qurğunu aktivləşdirmək üçün xaç vurmaq tələb olunur. Proqram işə salındıqdan sonra "eRosary" istifadəçisi müvafiq duanı seçə biləcək. Öz növbəsində proqram istifadəçinin təsbehdən necə və nə qədər istifadə etməsi haqqında məlumatları yaddaşda saxlayır.

 

Bundan əlavə, təsbehi biləyə taxmaq mümkündür – qurğu adi fitnes bilərziyi kimi addım və digər sağlamlıq göstəricilərini qeydə alacaq.

 

Layihə dünya katoliklərinin mobilləşdirilməsinə yönələn "Pope’s Worldwide Prayer Network" proqramının tərkib hissəsidir. Qurğu Vatikanın sifarişi əsasında "GadgeTek Inc" şirkəti tərəfindən hazırlanıb. "eRosary" "ağıllı" təsbehinin qiyməti 99 avro təşkil edir.

Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 288
Aliexpress WW
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter