Kadr dəyişikliklərinə regiondan baxanda

Yaxud, o işlər daha çox fərəh verir ki, onu taleyimizdə hiss edirik

Son günlərin kadr dəyişiklikləri çoxlarında qəribə duyğular oyadır.  Bir çox ekspertlər bunu birmənalı qarşılamayıb, siyasi islahatları - azad mətbuat, azad məhkəmə, azad seçki və sairlə bağlasalar da, digərləri belə geniş miqyaslı kadr dəyişikliliklərinin  mütləq müsbət izləri olacağına ümidlidirlər.

Biz regionda yaşayanlar isə öncə düşünürük-bəs bizim ətrafımızda bu  “qocaman qocalar” kreslolarından nə vaxt qopacaq?

Artıq sümükləşmiş, eyni sifətləri, davranışları ilə az qala ikrah oyadan, nimdaş düşüncələri, pölüşgəmiş fikirləri ilə hamını bezdirmiş, vəzifələrini qorumaq üçün hər cür saxtakarlıqlara, yaltaqlıqlara hazır olan  belələri haçan vəzifələrinə əlvida deyəcək?.

Bir anlığıa ətrafımıza nəzər salırıq.  Pensiya yaşı ötsə də, gah orden-medallarının (indi orden-filan vəzifədə ömrünü uzatmaq üçün bir vasitəyə çevrilib), gah qadın qohumlarının, gah müxtəlif cəmiyyətlərin,  hətta məscidin arxasında gizlənib ağlasığmaz saxtakarlıq edənlər,  cənab prezidentin çağırışından nəticə çıxaracaqmı?  Axı, adi günlərdə cənab prezidentin hər  kəlməsini dəstəklədiklərini bildirirlər.

Hər rayonda olduğu kimi Masallıda da az qala hər cəmiyyətin - ağsaqqallar, ziyalılar, dini icmalar və sairin gah aşağısında, gah yuxarısında yer tutub, özlərini əvəzolunmaz kimi göstərənlər, yaxşı nümunə bir yana ikrah doğuran yaltaqlıq  nümunəsi göstərənlər meydanı tərk edəcəkmi?

Yaxın keçmişdə çoxlarının xoşladığı bir deyim var idi-yaşın nə fərqi var?

Elə düşünmürəm ki, “qocaman qocalar” pisdir, cavanlar, orta yaşlıların  hamısı yaxşıdır.

Söhbəti çox uzatmayıb , sadəcə Masallı İcra hakimiyyəti başçısının müavin korpusuna nəzər salaq:

1-ci müavin Nadir Abiyev, digər müavinlər Adəm Məhərrəmov və Aybəniz xanım Qafarova.

Görəsən, az qala rayonun siması sayılacaq  vəzifələrə sahiblik edən bu şəxslər hansı müsbət əməlləri ilə insanlara nümunə ola bilərlər? Hansı ki, hər biri haqqında səhifə dolu, utanc gətirən detallar sadalamaq mümkündür.

Necə deyərlər, bir balaca “yelə əssə bağı gülüstan tərəfə” bunların hansı, yaxud hansı ağsaqqallar ağsaqqalı ortaya çıxıb,  nə isə...

Yaxın vaxtlarda bu barədə geniş yazı təqdim etməyə hazırlaşdığımdan  hələ ki, tam detalları sadalamıram.

Amma  keçmiş bir atalar sözü-  dostunu göstər, deyim necə oğlansan? (Yeni quruluşda belə də oxuya bilərsiniz- müavinlərini göstər, deyim necə başçısan?)- nədənsə xəyalımdan çəkilmir.

Zahir Əmənov

Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 251
Aliexpress WW
AirHelp Many GEO's
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter