Masallının xanım şairi

Bu günki ad günündə onu təbrik edib, yeni uğurlar diləməklə yanaşı, haqqında qısa təqdimatı və bir neçə şeirini sizinlə paylaşırıq

Rəna Əlisaqızı 1956-cı il oktyabr ayının 29 da Masallı rayonunun Kalinovka kəndində  (Hazırda Viləş adlanır) ziyalı ailəsində dünyaya göz açmışdır. 

1976-cı ildə Lənkəran Tibb Texnikumunu “Müalicə-feldşer” fakültəsini fərqlənmə diploma ilə bitirmiş və həmin ildəndə Kalinovka kənd xəstəxanasında fəaliyyətə başlamışdır. Hal-hazırda cərrahiyyə şöbəsində baş əməliyyyat tibbbacısı vəzifəsində çalışır. Orta məktəbil lərindən bədii yaradıcılıqla məşğul olub.Dövrü mətbuatda, almanaxlarda, qəzet və jurnallarda şeir, qəzəl, mənsur və satiric şerlər, bayatılar, hekayə və poemaları dərc olunmuşdur.“Göyqurşağı” ədəbi-bədii məclisinin fəal üzvüdür.

“Qızılqələm”, “XanqızıNatəvan”, “Şəfalıəllər” media mükafatları, “Qafqaz-Media” İB-nın təsis etdiyi “HeydərZirvəsi” diplomlarına layiq görülmüşdür.   

Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasındakıf əaliyyətinə və multicultural dəyərlərin təbliğinə görə MƏSQVT-nin tərəfindən  “Fəxrifərman”la, mənəvi dəyərlərin təbliğində bədii yaradıcılığı ilə fəaili ştirakına görə Ağsaqqallar Şurası tərəfindən təşəkkürnamə ilə təltif edilmişdir. 

“Ata ocağı”, “Oxu ürəyimi sən vərəq-vərəq” və “Doğmayurdum Kalinovka” kitablarının müəllifidir.

Ailəldir, 4 övladanasıdır.

 

 

Düzələn deyil

 

Oynadım dünyanın öz havasına

Dumanlı, çiskinli boz havasına

Dedilər oynama söz havasına,

Onsuz da bu dünya düzələn deyil.

 

Nə olsun topu var, topxanası var,

Qurşaq tutanları, zorxanası var,

Quzğunlar yığışan karxanası var,

Onsuz da bu dünya düzələn deyil.

 

Ağ-qara rənginə çalır hər üzü,

Sürünür, tutulub dumanın gözü,

Usanıb, tükənib dünyanın sözü,

Onsuz da bu dünya düzələn deyil.

 

Qıvraq yerişlilər yerişdən oldu,

Qartallar zirvədə nenişdən oldu,

Üç telli durnalar dönüşdən oldu,

Onsuz da bu dünya düzələn deyil.

 

Özünə qurubdur tərəzi daşın,

Nizamı pozulub itirib başın,

Unudub tarixin unudub yaşın,

Onsuz da bu dünya düzələn deyil.

 

Tülənmiş tülkülər namə əlində,

Qıratın kişnəyən Çənlibelində,

Həmzələr oturub “haqqın” belində,

Onsuz da bu dünya düzələn deyil.

 

Hələ ki çalırlar yüz havasını,

Özü də oynayır, öz havasını,

Zaman  fırladacaq fırfırasını,

Onsuz da bu dünya düzələn deyil.

 

 

Qızıl payız

Bu payızın yağışları gecikdi,

Susuzluqdan gül çiçəklər bezikdi,

Yarpaqlar da solub, əzik-əzikdi,

Ulu Tanrım qoy yanmasın bağatlar,

Düzə çıxsın ceyran, cüyür, ağ atlar.

 

Verilməyib bu yağışın baratı,

Hələ yola düşməyibdir ağ atı,

Yaradanın əlindədir muradı,

Şükr edirik fəsillərin oynuna,

Sığınmışıq yaradanın qoynuna.

 

Kövrəlibdir torpaq, qalıb qupquru,

Gözləyibdir, yağışları yağmuru,

Şimşək çaxıb dağıdacaq buludu,

Onda yerin od- alovu sönəcək,

Torpağıma nur bərəkət gələcək.

 

Gözləyirik quraqlıq tez sovuşa,

Bu səhəri büründüm gur yağışa,

Ruxsat gəldi, dərə-təpə, dağ-daşa,

Çiçəkləndi nərgizlər, tər bənövşə,

Qanadlandı turaclar düzə döşə.

 

Qarsalanan qayalar yaşıllaşdı,

Qağayılar xəzərimə toplaşdı,

Mirvari tək sularında oynaşdı,

Sevişərək qanadların açdılar,

Ləpələri qucaqlayıb uçdular.

 

Əsrarəngiz təbiətin qoynunda,

O sırğeyi çiçəkləri boynunda,

Rəna özü bu payızın sonunda,

Öz gülünü çiçəyini arayır,

Nəğməsini nəğmələrə calayır.

 

İstəmirəm sən gedəsən

 

Pərvanə vurğun əzəldən şəmə, şəm çöhrəsinə,

Bağrını oda yaxıb, hey dolanır dövrəsinə.

Necə həsrətlə enər şeh çəmənin ağuşuna,

İnci tək cilvələnər laləli dağın daşına.

Yar fərağında gəzib, bülbülü zar olmuş idim,

İçib hicran meyini, cam dolusu doymuş idim.

Surətin oldu yaşadan gör neçə illərdi məni,

Əqlimə sığmaz idi, çün görəm nazik bədəni.

Qəfil açdın qapımı, mina boylu gözəlim,

Xəttü-xalı buxağı, şadyana boylu gözəlim.

Çalıban min hala düşdüm, dünənimdən gələnim,

O zamanlarda məni Yusifi-Kənan bilənim.

Yusif zindana düşüb, əmri Züleyxayə görə,

Mən də səhra dəlisi, sən təki Leylayə görə.

Sümbülündən su daman növcavan idik ikimiz,

O zaman gülrux idk, birçəyi tər hər birimiz.

Könlümüzü məftun edən, eşqi seyrangah idi,

Seyrangahlıqda süzən ahulara agah idi.

Neçə il arzuladım bir toxunuş zülfünə mən,

Bir sürü qurban da dedim, o gözəl hüsnünə mən.

Saldı burulğana bizi, dəli-dəhşətli tufan,

Küsüşən qəlbimizə sərt qələmin çəkdi zaman.

Çərxi dövranda gülüm, bizdik bu qovğaya düşən,

Eşqimizin sur neyidir bax, əlmizdən sürüşən.

Susalıb daşa dönmüş xəzri- gilavarda halım,

Surəti-ruxasrı gözəl, qoyma şəmatətdə qalım.

Əlini ver əlimə, böylə bir fürsətmi olar,

Ərşi əla pərisi, yoxsamı sən, əhli bəşər?

Hurisən xəlq eyləmiş öz qüdrətində Xaliqim,

Bu gün təşrif buyuran qəsrimə eşqə sadiqim.

Munisimsən, biləsən istəmirəm sən gedəsən,

Rənanın xəzan çağını güli-gülüşən edəsən.

 

Demə əfsanə imiş

Bu gələn fəsli bahar cənnəti aləm kimidir,

Havası müşk qoxulu, şəbnəmi -jaləm kimidir.

Baharım şövkəti -rövşəndimi, ya sehri gülüstan,

Ecazkar nəqşin göylərə vurmuş Yaradan.

Qəmərim şölə saçır gör necə göy qübbəsinə,

Kəhkəşanda bərq vurur, ulduzlar yar həvəsinə.

Düşmüş idi neçə vaxt, başımın çıqqa-tacı,

Zinhara gəlmiş bu könül, qeybə çıxmış əlacı.

Bülbülüm dərbədər olmuş, gülzar-gülxanadan,

Naleyi sədası gəlir, qəfəsi qəmxanadan.

Nəğməkar sevgilimin şərqinə möhtac kimiyəm,

Dərdü- dərmana dönüb, illətə əlac kimiyəm.

Eşqimin şəmi sönüb, bərbəzəyi-huri gedib,

Gözümdən al- qan süzülüb, qarası nuri gedib.

Sevgilim, bülbülümün sən demə bağrı qan imiş,

Hali oldum onu da ayrılığın qəmi yemiş.

Böylə sanırdım ki, gülüm məni vermiş güdaza,

Pişvaza çıxmaq üçün ümidəm güllü yaza.

Baharım, şən baharım düzlənib durnalarım,

Yaradan bəxtin açıb, yola düşmüş qatarım.

Sübhü oyanmış idim, gül ilə bülbül səsinə,

Nazbalışdaydı başım, uyudum şikəstəsinə.

Geyinib al-qumaşın, bülbülüm heyranım gəlib,

Çəkibən sürmeyi-məst gözləri ceyranım gəlib.

Zümrüdlü göylərdən enib, tutilər baği -bağa,

Afətim mehri quşum, canı verdim sadağa.

Qəm qüssəni çəkmək Rəna, demək əfsanə imiş,

Bülbülün şux gəlişi, sevginə dürdanə imiş. 

 

Əsgər anasıyam..

(oğlum Əli Rzazadəyə ithafən)

Hünər meydanıdır, ər meydanıdır,

Döz oğlum, bu meydan nər meydanıdır.

Döyüş igidlikdir, dər meydanıdır,

Murov dağlarının qartal balası,

Əsgər anasıyam,əsgər anası.

 

Çəkər igidləri qoynuna dağlar,

Dağlar da gileyli, gizlicə ağlar.

Siz ey qan qisası alan oğullar.

Dağlar şahinlərin hünər qalası,

Əsgər anasıyam,əsgər anası.

 

Taleyin hökmü var hər saatında,

Dünya da dəyişdi bu həyatında

Bu gün canındadır, mənim canımda

Düşmənlərdən qisasımı alası,

Əsgər anasıyam,əsgər anası.

 

Düşmənlər xar olar cəsarətindən,

Azad et torpağı əsarətindən,

El-oba danışsın fərasətindən.

Adın ürəklərdə dildə qalası,

Əsgər anasıyam,əsgər anası.

 

Yarın gecələri, açın üzləri,

Başlasın xalqımın ağ gündüzləri,

Adını tarixə yazan yüzlərin

Ürəyində Vətən eşqi yanası,

Əsgər anasıyam,əsgər anası.

 

Vətən keşikçisi ümid çırağım,

Odlu şimşəklərdən möhkəm yarağım,

Sənin qüdrətindən məhv olar yağı.

Rəna nəğməsiylə zəfər çalası,

Əsgər anasıyam, əsgər anası.

Rəna Əlisaqızı

Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 241
Aliexpress WW
AirHelp Many GEO's
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter