Yenə bankomat dərdi


Yenə bankomat dərdi Hər bankomatdan faizsiz pul çıxartmaq vədi yalan çıxıd

Bankomat sistemi insanları təqaüd və əmək haqlarını daha rahat, eləcə də rüşvətsiz almaq şanslarını xeyli asanlaşdırsa da, bu sahədə problemlər hələ də tam aradan qalxmayıb. Belə ki, nə vaxt təqaüdlər, əmək haqları başlanır verilməyə, bankomatlar əksəriyyətinin üzərindən pərdə asılır, ya da bir kardon “İşləmir”, “pul yoxdur” yazılıb, asılır üstündən.
Bayram ərəfəsi masallılar yenə də bankomat problemi ilə üzləşib. Belə ki, Masallı şəhərindəki 3 bankomatdan 2-i, eləcə də kənd və qəsəbələrdəki bankomatların əksəriyyəti işləmirdi.
Onu da bildirək ki, hökumətin guya istənilən bankın bankomatdan təqaüdlərin heç bir faiz tutulmadan çıxarılması barədə vədi, necə deyərlər, alınmadı. “Kapitalnak”-ın bankomatları istisna olmaqla digər banklardan təqüd pulları çıxarılanda əlavə pul tutulur. “Kapitalbank”-ın bankomatlarının da əksəriyyəti yuxarıda qeyd etdiyimiz kimi əksər vaxtlarda “xəstə” olur. Beləliklə, Novruz bayramı ərəfəsi əksəriyyət kartlarına baxa-baxa qalıb.R4suloffR4suloff

OXUNMA SAYI :1449

PAYLAŞ
Digər Xəbərlər
Hüquq-Kriminal
ELANLAR
Facebook Səhifəmiz
CenubXeberleri.com © 2o1o-2o17 - Bütün Hüquqlar Qorunur.
- Hazırladı Tural Rasuloff
Arkivan.az Arkivan.az