Azərbaycan universitetlərində rus bölmələri bağlanır? - Yüzlərlə müəllim işsiz qala bilər

2018-ci ildə keçirilən qəbul imtahanlarında Azərbaycan və rus bölmələrinin abituriyentlərinin bilik və bacarıqlarında kəskin fərqlərin olduğu aşkarlanıb. Bu barədə "Abituriyent" jurnalının 12-ci sayında bildirilib.                                                                                      
Məsələn, I ixtisas qrupunda Bakı Dövlət Universitetinin "Riyaziyyat müəllimliyi" ixtisası üzrə Azərbaycan bölməsində minimal bal 540, rus bölməsində 249, IV ixtisas qrupunda Azərbaycan Tibb Universitetinin "Tibbi profilaktika" ixtisası üzrə Azərbaycan bölməsində 608, rus bölməsində 376 bal olub.
Bəs bu bal fərqinin yaranmasına səbəb nədir? 
Cenubxeberleri.com xəbər verir ki, mövzu ilə əlaqədar “Yeni Sabah”a danışan təhsil üzrə ekspert Kamran Əsədov bundan 10 il öncə də eyni problemin olduğunu deyib:
“Əslində 10 il bundan öncə çox ciddi şəkildə problem ortaya çıxmışdı, belə ki rus bölməsi ilə Azərbaycan bölməsi arasında bal fərqi çox kəskin şəkildə idi. Rus bölməsinin abituriyentləri minimum balla Azərbaycan bölməsinin abituriyentlərinin maksimum balla qəbul olduğu ixtisaslara qəbul ola bilirdi. Sonrakı illərdə müsabiqə bərabər aparılıb, kim yüksək bal toplayıbsa, ali təhsil müəssisələrinə onlar qəbul olurdu. Burda problem onda ortaya çıxırdı ki, rus bölməsinin artıq mövcudluğu sual altına düşürdü. Ona görə dövlət plan yerləri müəyyənləşdirdi. Məsələ belədir ki, yalnız ödənişli ixtisaslarda ciddi fərq var. 
Əgər rus bölməsinə Azərbaycan bölməsinin abituriyenti qəbul olsa, oxumayacaq. Ona görə rus bölməsinə ayrılan plan yeri Azərbaycan bölməsindən daha azdır. Əslində faiz nisbətini  götürsək, görəcəyik ki, rus bölməsinin ortalama imtahan balı Azərbaycan bölməsindən daha çoxdur. Təsəvvür edin ki, imtahanda rus bölməsindən 10 nəfər iştirak edir, Azərbaycan bölməsindən isə 100 nəfər. Məsələn, imtahanda xarici dil, riyaziyyat suallarının cavablandırmasını nəzərə alsaq, rus bölməsinin balı daha yüksəkdir. Hər il 600-700 bal toplayanlar arasında rus və azərbaycan bölmələri arasında bərabərlik var. Sadəcə burda əsas məsələ rus bölməsində abituriyentlərin azlığı, Azərbaycan bölməsində isə çoxluğudur”. 
Ekspert deyir ki, DİM sınaq imtahanlarında, buraxılış imtahanlarında iştirak edən potensial abituriyentlərin sayını bildikdən sonra plan yerləri sifariş verilməlidir:
"Məsələ budur ki, rus bölməsinə daha çox plan yeri ayrılıb. Bu il onu gördük ki, III qrupun plan yerləri Azərbaycan bölməsində tam dolub, rus bölməsində isə boş plan yerləri qalmışdı. Bu universitetlərdə rus bölmələrinin müqəddəratını da sual altında qoyur. Bu gələcəkdə müəllimlərin işini itirməsinə, hətta universitetlərdə ixtisasların, fakültələrin bağlanmasına gətirib çıxara bilər".
Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 232
Aliexpress WW
AirHelp Many GEO's
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter