İndi İstanbula Lənkərandan və Masallıdan da getmək olar- cəmi 285 manata

İlk səfər bu il noyabrın 15-nə nəzərdə tutulub


Müsahibimiz “Cənub Mirvarisi” Turizm şirkətinin rəhbəri Samir Axundovdur. Öncə bildirək ki, Samir Axundov Lənkəranda boya başa çatıb. Gənc yaşlarından başlayaraq yaşadığı Lənkəranın inkişafı adına daima yeniliklər axtarışında olub və bir çox şəhər, rayon səviyyəsində təhsil, sosial layihələrin uğurla həyata keçirilməsinə nail ola bilib.  O həmçinin ABŞ-da, digər Avropa ölkələrində uzun müddətli təlimlərdə olub və zəngin təcrübəyə malikdir.





Samir bəy, özünüz haqqında qısa nə deyə bilərsiniz?


Kiçik yaşlarımdan başlayaraq yaxşı təhsilin müvəffəqiyyətin, uğurun açarı olması ilə yanaşı həm də mənəvi-fiziki sağlamlığın, uzun ömürlülüyün əsas səbəblərindən biri olduğunu başa düşdüm. Bu səbəblə “Ömür boyu təhsil” düçüncəsini məqsəd kimi qəbul edib Lənkəran Dövlət Universiteti bitirdikdən sonra təhsilimi Amerikada daxil olmaqla başqa ölkələrdə davam etdirdim.Lakin qazandığım rəngarəng təcrübələr həyata baxışımı dəyişdikcə ən böyük təhsilimiyeni ölkələr və şəhərlərə səyahətlərim zamanı qazana biləcəyim qənaətinə gəldim. 



Turizm şirkətinizin yatarmaq ideyası necə meydana gəldi? 


Əsrarəngiz yerləri gəzmək, başqa-bilinməz mədəniyyət və kültürlərlə tanış olmaq, yeni bir şeylər görmək-öyrənmək və buduyqulardahər zaman canlı qalmaq arzusunda olan insanlar daima səyahətetmənin xəyalları ilə yaşarlar. Gerçəkləşən bu xəyal həmin insana həyat eşqi verir və ən əsası ona yaxşını pisdən, gözəli çirkindən ayıra bilmək və müqayisə etmək istedadı aşılayır. Bu və bənzər düşüncələrə həyat təcrübəsində yiyələnmişbiri olaraq insanlarımızın səyahət xəyalını gerçəkləşdirməkvə onlara bu zövqü yaşatmaq üçün “Cənub Mirvarisi” şirkətini yaratdım. 




İlk turunuz hansı ölkəyədir?


İlk turumuz şərq və qərbi birləşdirən tarixi İSTANBULşəhərinədir. 15 noyabr tarixində günortadan sonra başlayan səfərimiz tam 7 gün (3 gecə, 4 gün) davam edir və 22 noyabr tarixində gündüz vaxtı (06:00) Lənkərana qayıdışla bitir.     


Bu güvənli turumuzda cənub bölgəsində yaşayan hər kəs iştirak edə bilər. Turumuzda bizimlə səyahət etmək istəyənlərə çox rahat internet və TV monitorlarla təchiz edilmiş avtobus, İstanbulun mərkəzində rahat otel, bələdçi xidməti, şəhərin ən gözəl tarixi və görməli yerlərinə səfər və sezon alış verişi imkanı təklif edirik. Bütün bunlarlayanası İstanbuldan qayıtdıqda Gürcüstanın Batumi şəhərinə də səfər etmək turumuza daxildir. 


Bəs qarşıda hansı turları təşkil etməyi planlaşdırırsınız?


Yaxında Şəki, Quba və Qəbələ şəhərlərinə ölkə daxili turlar təşkil etməklə yanaşı Naftalan şəhərinə də müalicəvi turlar təşkil etməyi etməyiplanlaşdırırıq. Eyni zamanda vətandaşlarımız səyahətlərində bizə güvəni və etibarı artdıqda bir çox ölkələrlə yanaşı Türkiyənin Bodrum, Antalya, İzmir, Kabadokya və s. şəhər və bölgələrinə turlar təşkil etməkplanımızdadır.


Sizinlə necə əlaqə saxlamaq olar?

Əsas ofisimiz Lənkəran şəhərində yerləşir.Lakin bizim xidmətlərimizdən istifadə etməkdə maraqlı səyahət sevərlər Masallıdakı nümayəndəliyimizin rəhbəri Zahir Əmənovla əlaqə saxlaya bilərlər. 




Onu da xatırladım ki, İstanbula Lənkərandan gedən avtobus Masallıdan olan  ziyarətçiləri elə Masallıdan götürəcək və qayıdan zaman da Masallının mərkəzində düşürəcək.


Lənkəran üçün əlaqələrimiz:

Telefon və Whatsapp nömrəmiz: 070 220 37 51

İnstagram: cenubmirvarisi

Facebook səhifəmiz: www.facebook.com/LankaranTurizm


Masallı üçün əlaqələrimiz:

Telefon və Whatsapp nömrəmiz: 0 50 (70) 322 75 23

İnstagram: Zahir Amanov

Facebook səhifəmiz: Zahir Amanov



Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 241
Aliexpress WW
AirHelp Many GEO's
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter