Türkiyədə 4 bacı-qardaş eyni anda intihar etdi - FOTO/VİDEO


Türkiyədə ötən gün baş vermiş intihar hadisəsi bütün ölkəni şoka salıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, İstanbulun Fateh rayonunda yaşayan Yetişkin ailəsinin 4 üzvü eyni anda intihar edərək həyatlarına son qoyub. Bunlar Cüneyt (48 yaş), Oya (54 yaş), Yaşar (56 yaş) və Kamurandır (60 yaş). 

Məlumata görə, onlar intihardan öncə mənzilin qapısına “Diqqət, sianid (zəhərli maddə) var. Polisə zəng edin, içəri daxil olmayın” qeydini asıblar. 

Bunu görən sakinlər polisə məlumat veriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirərkən mənzilin içərisində yerə səpələnmiş depressiya əleyhinə dərmanları və 4 bacı-qardaşın cəsədlərini aşkarlayıb.

Bildirilir ki, ailə üzvləri maddi imkansızlıqdan və külli miqdarda borc ucbatından canlarına qəsd ediblər. Bacı-qardaşların heç biri evli olmayıb.

İntihar məsələsi Türkiyə Böyük Millət Məclisində (TBMM) də müzakirə olunub. Vitse-prezident Fuad Oktay Yetişkin ailəsindən danışarkən bildirib:

“Aclıqdan intihar etməyiblər. Bu xəbər doğru deyil. Bizdə kasıblıqdan intihar etdiklərinə dair məlumat yoxdur”.

Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 251
Aliexpress WW
AirHelp Many GEO's
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter