“Qərb dünyası İslam sivilizasiyasına nəyə görə borcludur?..”

“Sivilizasiya - Qərbin bənzərsiz bir hadisəsi yox, fasiləsiz bir dialoq və mübadilədir...” - tarixçi Riçard Bulye




 “...“Cəbr", "kimya", "ənginar", "alkoqol" və "ərik" - hamısı Səlib yürüşləri zamanı Qərbə gətirilmiş ərəb sözlərindən yaranıb"- Konstant Myus belə  yazır. Daha da əsas olan eyni dövrdə Roma rəqəmlərini əvəz edən və elm və ticarətdə inqilaba səbəb olan, hazırda bütün dünyanın işlətdiyi hind-ərəb rəqəmləridir (0-9). Bu, 9-cu əsrdə yaşayan bir müsəlman alimi Əl-Xarəzminin ("alqoritm" sözü onun adına uyğun meydana gəlmişdir) kəşfi ilə əlaqədar idi. İslam sivilizasiyası qarşısındakı bu borc  politoloq Samuel Hantinqtonun dörddə bir əsr əvvəl yazdığı "Sivilizasiyaların toqquşması" kitabında İslam və Qərbin hər zaman diametral olaraq bir-brinə zidd olması barədə söylədiyi fikirləri təkzib edir. 
2004-cü ildə tarixçi Riçard Bulye alternativ bir fikir təklif etdi. O, sivilizasiyanın fasiləsiz davam edən bir dialoq və mübadilə olduğunu, Qərbin bənzərsiz bir hadisəsi olmadığını göstərdi..."

Son dövrlərdə nəinki Qərbdə, hətta müsəlman ölkələrində, o cümlədən Azərbaycan və Türkiyədə Avropa və Amerikanın  islamofob əqidəli siyasətçi və alimlərinin təsiri altında olaraq özlərini elm adamı, professor hesab edənlər tərəfindən, az qala, dünyanın bütün problemlərində günahkarın İslam dininin olması barədə cəfəng fikirlər səsləndirlilir, məqalələr yazılır.  Müsəlmanların müasir elmin inkişafında heç  bir fundamental xidmətə malik olmadığı iddia edilir. Necə deyərlər, savadlı cahillərimiz sayəsində öz əlimizlə oturduğumuz budağı kəsir, Allah, İslam, türk düşmənlərinə “ayı xidməti”  göstəririk…


Yaxın müddətdə bütövlükdə təqdim edəcəyimiz  “Qərb dünyası İslam sivilizasiyasına nəyə görə borcludur?..” adlı məqalədə bütün bu iddialar alt-üst edilir… 
moderator.az
Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 241
Aliexpress WW
AirHelp Many GEO's
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter