Peyğəmbərimizin(s) vaxtında İslam bayrağı hansı rənglərdə olub?..

Həzrət Mühəmməd Peyğəmbərin (s) və raşidi xəlifələrin zamanında hərbi yürüşə gedən müsəlmanların bayraqları müxtəlif rənglərdə olurdu. İslam Peyğəmbəri əsasən ağ, qara və yaşıl rəngli bayraqlardan istifadə edirdi. Ayrı-ayrı döyüşlərdə müsəlmanlar fərqli bayraqlar altında savaşmışlar. Məsələn, hicrətdən sonra Həzrət Həmzənin başçılıq etdiyi yürüş üçün (bunun İslam tarixində ilk hərbi yürüş olduğunu da yazırlar) Peyğəmbər ağ bayraq hazırlamışdı. Xeybər savaşında Peyğəmbərin Əliyə (ə) verdiyi İqab adlı bayrağın qara rəngdə olduğunu yazırlar. Rəvayətə görə, Məkkənin fəthi zamanı hər ərəb qəbiləsi özünə məxsus bayraqla şəhərə girmişdi; həmin gün Peyğəmbərin bayrağı ağ rəngdə idi. Əməvilər daha çox ağ bayrağa, Abbasilər isə qara bayrağa üstünlük verirdilər.

İslam.az
Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 232
Aliexpress WW
AirHelp Many GEO's
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter