Siyasət, futbol və uğurdan məst olanlar…


Başları gicəllənir, özlərini daha üstün hiss etməyə başlayırlar

 

Siyasətdə uğur - hədəfləri doğru müəyyən edəndə, dəyərlərə sadiq qalanda, sağlam komanda yarananda, inandırıcı və cəlbedici hekayə quranda qazanılır. Həyatda uğur qazanmaq isə təsadüfən də baş verir - məsələn, evliklə, kimlərləsə qohum olmaqla (bu, uğuru maddiyyatda görənlərə aiddir).

 

Siyasətdə də müvəqqəti uğur təsadüfdən doğa bilər - bəzən kimlərsə müstəvi qazanır, o müstəvinin yaratdığı imkanları öz şəxsi uğuru kimi qavramağa başlayır. Bu, onun başını gicəlləndirir, özünü həmin müstəvidən daha üstün hiss etməyə başlayır və necə təsadüfən qısa uğura imza atmışdısa, eləcə də siyasi səhnədən silinib gedirlər.

 

Amma hər bir halda daimi və dayanıqlı siyasi uğur təsadüfdən asılı ola bilməz. Çünki uğurlu siyasət komanda oyunudur - futbol termini ilə desək, bütün komanda yaxşı çalışır və topu qapıya qədər gətirir, kimsə son toxunuşla qol vurur - əsl uğurlu siyasət də belədir.

 

Hə, futbolda olduğu kimi siyasətdə də ulduzlar ola bilər, amma o ulduzlar o zaman tarixdə yer qazanırlar ki, komandaya minnətdar olmağı öyrənirlər. Yenə futbolla müqayisə etsək, Messi Barselonada qazandığı uğurları Argentina yığmasında qazana bilmir. Çünki Barselonanın sistemi, ona pas verən oyunçular başqadır, yığmada isə sistem və oyunçular fərqlidir. Məhz buna görə Messi yığmada uğur hekayəsi yaza bilmir.

 

Siyasət də belədir - komanda oynunu, sistem qurmağı bacaran, liderin şəxs deyil də, funksiya olduğunu dərk edən siyasi qurumlar, komandalar gec-tez mütləq uğur qazanırlar. Komanda oyunu bacarmayanlar isə siyasətdə tez parlayıb, tez də sönürlər...


ayna.az
Rəy yaz
  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 232
Aliexpress WW
AirHelp Many GEO's
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter