İmam Əlinin (ə) Mövlud Günü

Lənkəranda bu mərasimə 500 nəfərə yaxın şəxs toplaşmışdı


Lənkəran rayounun Çil kəndində Qafqaz Müsəlmanları idarəsinin Cənub Bölgəsi üzrə Səlahəhiyyətli Nümayəndəsi və İdarənin Qazisi Hacı Sədi Axundzadənin təşkilatçılığı ilə Lənkəran rayonunun Çil kəndində İmam Əlinin (ə) Mövlud Günü ilə bağlı təntənəli mərasim keçirilib. 500 nəfərə yaxın şəxsin toplaşdığı və 3 saata yaxın davam edən mərasim öncə Quran ayələri ilə başlayıb. Daha sonra İmam Əlinin (ə) həyatı, fəlsəfəsi, ədaləti və alicənablığı ilə bağlı hədislər söyələnilib. Tədbirdə həmçinin onlarla dini nəğəmələr-ilahilər səsləndirilib.
Mərasim iştırakçılarına ehsan verilib, imkansız ailələrə yardımlar paylanıb, həmiçinin şəhidlərimizin ruhuna, işğal olunmuş torpaqlarımızın azad olması xatirinə dualar oxunub.
Mərasimdə cənub bölgəsinin onlarla tanınmış din xadimi iştirak edib.
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 620

Təcili satılır!

  • 04:07
  • 2 026
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter