• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

“Növbəti seçkilər təyin olunar və biz də...”

Xəbər verdiyimiz kimi, bu gün hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının iclası keçirilib. İclasda Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçirlməsinin vacibliyi barədə çıxışlar edilib. Bu çıxışlarda 2020-ci ilin aprel ayında Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün əsaslar olduğu vurğulanıb.

Daha sonra ölkə Prezidentinə növbədənkənar parlament seçkilərinin təyin olunması ilə bağlı müraciət qəbul olunub.

Modern.az saytı  Milli Məclisin buraxılması ilə bağlı parlament müxalifətindən münasibət öyrənməyə çalışıb.

Deputat, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa  Milli Məclisin buraxılmasını müsbət qiymətləndirdiyini deyib:


“Milli Məclisin buraxılmasını müsbət qiymətləndirirəm. Ölkədə parlament seçkiləri 2020-ci ilin payızında olmalı idi. Ancaq növbədənkənar seçkilər ya fevralda, ya da yazda ola bilər. Yeni Azərbaycan Partiyası çoxluğu təşkil edən partiyadır. Onun bu məsələdə qərar qəbul etmək imkanları var. Bu imkandan da istifadə ediblər. Motiv də odur ki, islahatlara dəstək verən parlament lazımdır. Görünür, hazırda o dəstək qaneedici deyil. Ona görə də parlamentin buraxılmasını normal qəbul edirəm. Növbəti seçkilər təyin olunar və biz də ona qatılıb namizədliyimizi verib iştirak edərik”.

Milli Məclisin digər üzvü, Demokratik İslahatlar  Partiyasının sədri Asim Mollazadə bildirib ki, parlamentin yeni tərkibdə formalaşmasının üstünlükləri çox olacaq”.

“Mənə elə gəlir ki, artıq parlamentin də ölkədə gedən dəyişikliklərə uyğunlaşmasının zamanı çatıb. Bu istiqamətdə verilən qərarı müsbət hesab edirəm. Ümidvaram ki, Azərbaycan parlamenti də yeni tərkibdə ölkədə gedən islahatlara öz dəstəyini verə biləcək. Buna çox böyük ehtiyacımız var”.
Rəy yaz




  • Elanlar
  • Yazarlar
  • PDF

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter