• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

YAP icra katibi Milli Məclislə bağlı qərarı elan etdi – Qərar nə üçün qəbul olunub? Seçki nə zaman olacaq? Kimlərə üstünlük veriləcək?

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib.

Bunu bu gün keçirilən mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

YAP icra katibi qeyd edib ki, ölkədə gedən islahatların tam sistemli xarakter alması, qarşıya qoyulan vəzifələrə nail olunması islahatların bütün hakimiyyət qollarını əhatə etməsini tələb edir: “YAP üzvləri bu qənaətə gəliblər ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar qanunvericilik sferasından kənarda qalmamalıdır. Bu gün YAP Siyasi Şurasında bu, məqsədəuyğun sayılıb. Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdil mövqe nümayiş etdiriblər. Azərbaycan parlamentinin də yeniləşməsi Prezidentin islahatların konsepsiyasının uğurla həyata keçirilməsi üçün vacibdir. Yeni Azərbaycan Partiyasının Siyasi Şurası parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə  bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edən qərar qəbul edib. Son referenduma əsasən, Prezidentin müəyyən şərtlər daxilində parlamenti buraxmaq səlahiyyəti var. Bu da islahatlar konsepsiyasının daha sistemli və geniş şəkildə həyata keçirilməsinə zəmin yarada bilər”.

***

“Parlamentin buraxılması prosesinə ölkələrin əksəriyyətində tez-tez rast gəlinir”.

Bunu bu gün keçirilən mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, Azərbaycanda parlamentin buraxılmasına qeyri-adi yanaşmaq lazım deyil: “Məqsəd islahatlar coğrafiyasının genişlənməsidir. İnanıram ki, Azərbaycan cəmiyyəti YAP Siyasi Şurasının, YAP parlament fraksiyasının qərarını hörmətlə qarşılayacaq. Biz bununla da ölkəmizin inkişafı üçün yeni imkanlar əldə edəcəyik və parlament tarixində yeni ənənənin başlanğıcını qoyacağıq”.

***

“Azərbaycanda müasir biliklərə yiyələnmiş, vətənpərvər gənclik formalaşıb. Bu gənc nəsil Azərbaycanın bundan sonrakı inkişafına daha böyük töhfələr vermək imkanına malikdir”.

Bunu bu gün keçirilən mətbuat konfransında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov bildirib.

Ə. Əhmədov deyib ki, növbəti parlament seçkilərində layiqli, vətənpərvər gənclərdən ibarət parlamentin formalaşması bizim diqqətimizdə olacaq: “Biz istəyərdik ki, parlamentə seçilməyə layiq olanlar içərisində belə gənclərimiz çox olsun. İstəyərdik ki, YAP-da belə gəncləri irəli çəkək”. (APA)

Rəy yaz




  • Elanlar
  • Yazarlar
  • PDF

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter