• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Tale Heydərovun Bakıdakı mağazaları bağlandı – Fotolar


Bakıda fəaliyyət göstərən kitab mağazalarından ikisi fəaliyyətini dayandırıb.

Cenub.az BakuPost-a istinadla xəbər verir ki, Xətai rayonunda və metronun 20 Yanvar stansiyasının yaxınlığındakı “Bravo” marketlərində olan “LIBRAFF” kitab mağazaları bağlanıb. Onların icarəyə götürdükləri dükanlar tamamilə boşaldılıb.

Məlumata görə, yaxın vaxtlarda LIBRAFF-ın daha bir neçə mağazası fəaliyyətini dayandıracaq.

LİBRAFF mağazalar şəbəkəsi, Fövqəladə hallar Naziri Kamaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur. Bu mağazalar şəbəkəsi 2017-ci ildə fəaliyyətə başlayıb və paytaxtın görkəmli yerlərində, hava limanında, ticarət mərkəzlərində və Gəncədə oxucuların xidmətinə verilib.

Bir neçə mağazanın açılışını şəxsən Tale Heydərov edib.

Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 557

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter