• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

"Titanik"də əlyazması tapılan Ömər Xəyyam - Qeyri-adi faktlar

  • 04.12.2019, 15:35,
  • Tarix

Bu gün böyük şair, alim Ömər Xəyyamın anım günüdür. Onun haqqında maraqlı faktları təqdim edirik.

Əsl adı Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam olan Ömər Xəyyam Nişapur şəhərində, çadırçı ailəsində doğulub. “Xəyyam” sözü elə “ev tikən”, “çadır quran” mənasını verir.

***

Cəmi 8 yaşında Quranı əzbər bilib. Sonralar “Dinin köməkçisi” fəxri adına layiq görülüb.

***

Gallery

Qapalı həyat tərzi keçirən Ömər Xəyyam heç vaxt evlənməyib.

***

Rübai janrının ən mahir ustası olduğu üçün rübai deyiləndə həmişə ağıla Ömər Xəyyam gəlir.

***

Gallery

Həyatı boyu ruhanilərin təqiblərində - qorxu içində yaşayıb. Onu anlaya bilməyən, yaxud anlamaq istəməyən ruhanilər şairi ömrü boyu narahat ediblər.

***

Mikayıl Müşfiq onun ən gözəl tərcüməçilərindən olub. Hətta Müşfiq onun təsiri ilə rübailər yazıb.

***

Gallery

Əsərlərinə o qədər böyük tələbat vardı ki, qaraçı dilinə belə tərcümə edilib.

***

Ömər Xəyyam şair kimi çox tanınsa da, eyni zamanda böyük alim kimi dünyaya səs salıb. Aşiqanə rübailəri, qəzəlləri əsasən ikinci planda yer alıb. Rübai yazmaq onun üçün hobbi olub.

***

Fars ədəbiyyatşünaslığında “Xəyyamşünaslıq” adlanan bütöv bir istiqamət var. Şeirləri dünyanın bir çox dillərinə tərcübə edilib.

***

Gallery

XX əsrin ən böyük gəmisi “Titanik” aysberqə çırpılıb batan vaxt göyərtəsində 13 milyon sterlinq məbləğində sərvətlə yanaşı, Ömər Xəyyamın qədim əlyazması - “Rübaiyyət”də var idi.

***

Bir gün yol yoldaşı Ömərə bir sual verib. Şair cavabı yarım gün izah edib. Yaddaşı çox iti olub. Yol boyu bir kitabı oxuyub, mənzil başına çatanda əzbərdən deyə bilirmiş.

***

Gallery

Ömər Xəyyam ömrünün son saatlarında İbn Sinanın “Şəfa kitabı”nı oxuyurmuş. “Tək və cəm” hissəsinə çatanda səhifələr arasında əlfəcin qoyub və yanındakılara vəsiyyət etməkdən ötrü lazımi adamları çağırmağı tapşırıb.

***

Şair dost-tanışlarına deyirmiş ki, “qəbrim elə yerdə olacaq ki, yaz fəslində əsən meh onu çiçəklərə qərq edəcək”. Həqiqətən də belə olub. Qonşu bağın armud və ərik ağaclarının qəbiristanlıq hasarından sallanan çiçəkli budaqlar şairin qəbrinə kölgə tutub.

***

Gallery

Ölüm günü heç nə yeməyib, hətta su belə içməyib. Axşam namazını qıldıqdan sonra səcdəyə gedərək deyib: “Ay Allah, bilirsən ki, mən Səni imkanım daxilində dərk etmişəm. Məni bağışla, mənim idrakım Sənin qarşında xidmətimdir”. Bununla da canını tapşırıb.

kulis.az
Rəy yaz


  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 1 560

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter