“Cənub-kitab” Evi açılış etdi

3 nəfər xeyriyyəçinin hər biri 200 manatlıq “Kitab ehsanı” vədi verdi
Tədbirə qatılanlar sırasında paytaxtdan gəlmiş ölkəmizin tanınmış ziyalıları Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli, Rafiq İsmayılov da var idi.
Nəhayət, Masallı şəhərində “Cənub-kitab” Evi fəaliyyətə başladı. Bununla bağlı 2015-ci il Masallı şəhərinin mərkəzində, “Cənub xəbərləri” qəzeti redaksiyasının binasının qarşısında (Bu bina indi həm də “Cənub-kitab” Evinin binası kimi də fəaliyyət göstərir) toplantı keçirilmişdir.
Tədbiri “Cənub xərələri” qəzetinin baş redaktoru Zahir Əmənov açmışdır. O bildirmişdir:- Uzun müddətdir bu ideyanı reallaşdırmaq istəyirdim. Nəhayət ki, bu bizə qismət oldu. Artıq biz 3000 minə yaxın kitabı satışa çıxartmışıq. 25-30 il öncə Masallıda 4 kitab mağazası var idi. Lakin indi dükanların, apteklərin, baytarlıq apteklərinin sayı xeyli çoxalsa da, hətta Masallıda “Şərab evi” olsa da, 215 min əhalisi olan bu rayonda bir dənə də kitab mağazası yoxdur. Ümumiyyətlə cənub bölgəsinin heç bir rayonunda belə mağaza təşkil olunmayıb.
Düzü, bizi çox istədiklərindən işimizə əngəl olanlar da tapıldı. Yəni, “indi kitab alan kimdir, mədəniyyətə diqqət yetirənlər barmaqla sayılan qədərdir”, deyənlər də oldu. Lakin dəstək verənlər də az olmadı.
Bu gün bu tədbirə gələnlərə - xüsusən paytaxtdan gəlmiş hörmətli ziyalılarımız Elçin Şıxlıya, Arif Əliyevə, Qulu Məhərrəmliyə, Rafiq İsmayılova səmimi təşəkkürlərimi bildirirəm. İcra hakimiyyəti, xüsusən Nəsir Muxtarlı, eləcə də Mirqabil Hüseynov, Hacı İsrafil Hüseynov, Hacı Fərid Zeynalov, Fəxrəddin Baxşıyev, Sərraf Əmənov və başqaları mümkün köməkliklərini bizdən əsirgəmədilər.
Eləcə də bu tədbirdə çəkiliş aparan tanınmış fotoqraf Vəkil Ağayevə, “CənubTV”-nin əməkdaşı Eşən Feyzullayevə , könüllülər Əbdül Əsgərliyə, Əfrail Fərziyevə və başqalarına təşəkkürlərimizi bildiririk.
İki maraqlı məlumatı da sizinlə paylaşmaq istəyirəm. Rayonumuzun 3 xeyriyyəçisi bizə dəstək olaraq vəd edib ki, hər biri 200 manat olmaqla Qurban bayramında kitab-ehsanı verəcək. Belə ki, 500-600 bal toplayan məzunlara, qabaqcıl müəllimlərə, kitabı sevib almaq imkanı olmayanlara pulsuz kitab paylayacaqlar.
İkinci məlumat isə ondan ibarətdir kİ. Gənc proqramçı Tural Rəsulzadə təmənnasız olaraq “CenubKitab.com” saytını hazırlayır. Yaxın günlərdə sayt fəaliyyətə başlayacaq və arzu edənlər kitab evində olan kitablar və burada keçirilən tədbirlər barədəki yeniliklər barədə operativ xəbər tutacaqlar.
Daha sonra paytaxtdan gəlmiş ziyalılar BDU-nun professoru Qulu Məhərrəmli, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, “Altun-kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, rayon ağsaqqalı Həsən Abdullayev, qocaman jurnalist Cəmil Nemətov, Ziyalılar cəmiyyətinin sədri Qardaş Fətullayev, Hacı Həmid Məmmədov, həkim, millət vəkili Nəriman Əliyevin köməkçisi Mirnizam Vahabov və başqaları çıxış etdilər.
Daha sonra Elçin Şıxlı və Zahir Əmənov “Cənub-kitab” Evinin lentini kəsdilər. Elə açılışı günü onlarla kitab alındı.


















































































































































































































































































































































































































































































































































































































































































































































.
Rəy yaz
Если у вас на работе или дома заблокирован доступ к этому или любому другому сайту, или вы просто не хотите оставлять следы в интернете Используйте tor браузер для windows он обходит все возможные блокировки провайдеров и обеспечивает анонимность. скачать русскую версию tor browser https://tor-browser-vpn.ru/
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter