• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Masallı. Bloger. Tərcüməçi müəllimə - Aybəniz xanım


Son illər izləyicilərimizə bölgəmizin bir neçə maraqlı həyat yolu olan qadın müəllimlərini təqdim etmişik-İradə İmanbəyli, Məhbubə Şahbazova, Nuranə Həmidova... 


Bu yazımızda onlardan daha birini sizə təqdim etmək istəyirik. Bu, Boradigah qəsəbəsində doğulub boya-başa çatmış, hazırdaa Hişgədərə məktəbində müəllim işləyən Aybəniz Həsənova Cavadzadədir.


Aybəniz xanımı digər həmkarlarından fərqləndirən odur ki,  bir çox ədəbiyyat müəllimlərinin “mütaliəyə vaxtımız yoxdur” deyib aylarla, illərlə kitab oxumadığı vaxtda, bu xanım nəinki çoxlu mütaliə edir, həm də çoxlu tərcümələrin müəllifidir.


Aybəniz xanım bu vaxta qədər dünya klassiklərinin əsərlərindən 10-dan artıq hekayə və povest tərcümə edib və bu tərcümələr müxtəlif toplularda, eləcə də ayrıca kitab şəklində çap olunub.

 

Aybəniz  xanım həm də blogerdir.(Bir oxucunun qeydləri, keçid linki [email protected] )


Öncə onun tərcümə etdiyi əsərlər və həmin tərcümələrin yer aldığı kitabları təqdim edək:


Nikolas Sparks - Gündəlik - 2014-cü il (həmtərcüməçi)

Həyatın qanunu - 2015 -ci il - Ernest Hemenquey"Yağışdakı pişik" (ingilis dilindən), 

Cek London " Göyərtə yelkəni altında " (ingilis dilindən), 

Stefan Sveyq "Bezginlik" (ingilis dilindən), 

Səbahəddin Əli "Düşmən" (türk dilindən), 

Gabriel Qarsiya Markez "Mavi itin gözləri" (ingilis dilindən)

Şəhrizad  - 2015 -ci il Salman Rüşdi "Pulsuz radio" (ingilis dilindən), 

Kazuo İşiquro "Bir ailə yeməyi" (ingilis dilindən), Yukio Minima "Sirk" (ingilis dilindən)

Edvard Vilson - Gənc alimə məktublar - 2017-ci il(ingilis dilindən)

Ismail Acarkan - Enneaqram - 2019-cu il (türkdilindən)

İsmail Acarkan - Uşaqlar niyə fərqlidir? (Nəşrəhazırlanır - türk dilindən tərcümə olunub)


Aybəniz xanım həyat yolu və düşüncələri ilə bağlı bizəyazı da yollayıb. Həmin yazını da qısa ixtisarla təqdimediriki:


  Cavadova Aybəniz Əlihüseyn qızı:


Heç vaxt müəllim olmağı arzulamamışam


Oxuyacağımız dəyərli bir əsərin düşüncələrimizdə inqilab yaradacağına, həyatımızın istiqamətini dəyişəcəyinə inanıram

 

 

2013-cü ildə Təhsil Nazirliyi tərəfindən təşkilolunan MİQ imtahanında uğur qazanaraq E. Ağayev adına Hişkədərə kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlamışam. Hal-hazırda da həmin məktəbdə işləyirəm.

Əslində heç vaxt müəllim olmağı arzulamamış, bu peşəyə xüsusi maraq duymamışdım. Azərbaycan dili və ədəbiyyatı ixtisasını seçmək səbəbim, ədəbiyyata, kitablara olan sevgim idi. Kitabların gücünə, ədəbiyyatın dünyada nələrisə dəyişəcəyinə, insanların mənəviyyatını  zənginləşdirmək gücü olduğuna inanırdım. Peşəmi icra etməyə başladıqdan sonra əslində məktəbdə ədəbiyyatı təbliğ etmək üçün çoxgözəl şərait olduğunu anladım. 


Uşaqlarla işləyirdim, hər gün bir neçə sinfə daxil olur, onlarla uşaqla ünsiyyətdə olurdum.

Gələcəyin vətəndaşlarını biz müəllimlər yetişdirirdik, onlara kitablara qarşı sevgi aşılamaq, ədəbiyyatı  sevdirmək, düşüncələrinə təsir etmək imkanımız vardı. Mən də bu imkanı ən gözəl şəkildə dəyərləndirməyə çalışdım vəçalışıram. Şagirdlərimdə mütaliəyə maraq vəsevgi oyatmaq üçün əlimdən gələni edirəm. Ədəbiyyat, oxuduğumuz kitablar mənəviyyatımızı zənginləşdirir, fikir və düşüncələrimizin formalaşmasında mühüm rol oynayır.

Mən ədəbiyyatın gücünə bütün qəlbimlə inanan insanlardanam.

Oxuyacağımız dəyərli bir əsərin düşüncələrimizdə inqilab yaradacağına, həyatımızın istiqamətini dəyişəcəyinə inanıram.

Əlbəttə sual yarana bilər ki, niyə insanların

düşüncələrini dəyişdirmək istəyirsən, mövcud

vəziyyətdə nədən narazısan?

Əslində səbəb çoxdur, heç kimə sirr deyil ki, doğulub böyüdüyüm, hal-hazırda da yaşadığım və işlədiyim rayonda, ümumilikdə Cənub bölgəsində qızların təhsil alması birmənalı qarşılanmır, mühafizəkarlıq həddən artıqdır, erkən nigahlar baş alıb gedir. 

Əlbəttə, uşaqlıq illərindən bu mənzərənin şahidi olmuş, bütün bunların qarşısını almaq üçün nəetməli olduğumuz barədə çox düşünmüşəm. Həmişə ən böyük arzum qızlara, qadınlara hərşeydən əvvəl fərd olaraq, insan olaraq dəyərverən bir cəmiyyətdə yaşamaq arzusunda olmuşam.

Bu cür cəmiyyət üçün isə, gələcək nəsillərin təhsilli, sağlam düşüncəli, yüksək səviyyəli dünyagörüşünə sahib olması lazımdır. Mənə eləgəlir ki, ədəbiyyatsız, mütaliəsiz bu sağlamdüşüncəli, yüksək dünyagörüşünə malik gəncləri yetişdirmək qeyri-mümkündür. Çünki, yüksək ədəbi dəyəri olan bədii ədəbiyyat nümunələri insanlarda başqalarına qarşı empatiya hissi, mərhəmət, anlayış, sevgi kimi gözəl hislərin yaranmasına səbəb olur. Bəlkə də, mənim bu arzum-ədəbiyyatın insanların düşüncələrində inqilab yaradacağına olan inamın utopiya arzusuna bənzəyir, bəlkə də, bu mübarizəm "Don Kixotluq"dur, amma, mənə eləgəlir ki, əsas inanmaq və inandığın yoldan geri dönməməkdir.

Mütaliəyə olan böyük sevgim məni tərcüməçilik fəaliyyətinə də istiqamətləndirmiş oldu. Başlanğıcda, oxuyub bəyəndiyim, ancaq dilimizdə mövcud olmayan hekayələri başqalarıda oxuya bilsin deyə həvəskar şəkildə tərcümə etməyə başladım. Daha sonra, "Kitabsevərlər" qrupunun təşəbbüsü ilə bir qrup həvəskar yoldaşilə Nikolas Sparksın "Gündəlik" romanını tərcümə etdik və nəşr olundu.



Ardınca, yenə tərcümə etdiyim hekayələr həmin qrupun nəşr etdirdiyi "Həyatın qanunu"(qərb ədəbiyyatından hekayələr), "“Şəhrizad" (Şərq ədəbiyyatından hekayələr) adlı kitablara daxil edildi. 2017-ci ildə "Kitabsevərlər klubu" və Misirzadə yayınlarının təşəbbüsü ilə tərcümə etdiyim Edvard Vilson "Gənc alimə məktublar" kitabı nəşr olundu. Birmüddət tərcümə fəaliyyətimə fasilə versəm də, bu il yenidən başladım. Son aylarda Libra kitab nəşriyyatının təşəbbüsü ilə dünyanın aparıcı universitetlərində, təhsil ocaqlarında tətbiq olunan Enneaqram ilə bağlı iki kitab tərcümə etmişəm. Bu kitabların valideynlər, müəllimlər, iş sahəsində fəaliyyət göstərənlər üçün əvəzsiz vasitə olduğunu düşünürəm. 

  Mütaliəyə olan marağım təkcə tərcüməçilik fəaliyyəti ilə də kifayətlənmir, 2012-ci ildən başlayaraq kitab bloggeri olaraq, oxuduğum kitablar, onlar haqqında apardığım araşdırmalar barədə blogumda mütamadi yazılar yazıram. Çünki oxuduqlarımı təbliğ etmək, başqaları ilədə paylaşmaq istəyirəm. Məni ən çox sevindirən paylaşdığım kitabları alıb oxuyub razı qaldıqdan sonra həmin oxucuların yazdığı təşəkkür mesajlarıdır. Tövsiyə etdiyim hər hansı kitabı kimsə oxuyub bəyənəndə az qala uşaq kimi sevinirəm.

  Bloqumla yanaşı mütəmadi olaraq "Ustad" ədəbiyyat və sənət dərgisində də yazılarım dərc olunur. Müxtəlif vaxtlarda milli saytlarımızda, Türkiyənin kitapkafe.com mədəniyyət platformasında yazılarım dərc olunub.

  Şagirdlərim kitab görəndə ilk ağıllarına mən gəlirəm, çünki, məni heç vaxt kitabsız görməyiblər.

Həyatımı kitablarsız təsəvvür edə bilmirəm. Oxumaq mənim üçün yemək və içmək kimi təbii ehtiyaca çevrilib. Bu sevgimi şagirdlərimə aşılamaq ən böyük arzularımdan biridir. Başlanğıcda da qeyd etdiyim kimi, kitabların insanların düşüncələrində inqilab yarada biləcəyinə inanıram. Düzdür, bəlkə də bütün şagirdlərimi hələ mütaliəyə cəlb edə bilmərəm, kitabları sevdirə bilmərəm, bəlkə də mütaliəedən hər şagird gözəl mənəviyyat sahibi, anlayışlı, ədalətli, səmimi və dürüst insan olmayacaq, amma, bir uşaqda belə buna nail olsam, bir uşağın belə ürəyinə toxunmağı bacarsam bu mənim, hətta, təkcə mənim yox cəmiyyətimizin qazancıdır.  


Ona görə də, nə olursa olsun yola davam.


Hazırladı: Zahir Əmənov

Rəy yaz
  1. Легкий Заработок в Интернете от 10 000 - 15 000 рублей в день Сайт: t.co/588xCBrOyU




  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 2 010

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter