• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Bu ailə Yeni ili ac-yalavac qarşılamaq üzrədir


Aylarla normal qidalanmayan, 2 məktəb yaşlı uşağı təhsildən kənarda qalan bu ailə olduqca acınacaqlı durumdadır

 

Hər şey qızım- “Ümidim sənsən” İB-nin sədri Fidan Abbaslının rəfiqəsi, “Tuba” özəl xəstəxanasında tibb işçisi vəzifəsində çalışan Rəna xanımın zəngindən başladı. Çox xeyrixah xanım olan Rəna xanım bildirdi ki, Masallıda- Boradigah qəsəbəsi ilə Sirəbil  kəndi arasında bir ferma var. Astaradan bura sığınmış  bu ailə orada olduqca çətin günlər yaşayır. Bir neçə dəfə pulsuz müayinə etmişəm, lakin özümün də problemlərim var. Mümkünsə ora baş çəkin.

Səhəri gün həmin fermaya yollandıq.

Məlum oldu ki, Astaradan bura pənah gətirmiş Şamo adlı şəxs həyat yoldaşı və 4 azyaşlı övladı ilə burada yaşayır.

35 yaşlı Şamonun bizə bildirdiyinə görə, Astara rayonun Pəlikeş kəndində anadan olub. Ailədə 6 qardaş olublar. Həyətyanı torpaqları olsa da, həmin sahə əkinə yararsız olduğu üçün bir tikə çörəyə görə rayonbarayon gəzib nökərçilik edir. Ev yox, uşaqlar körpə, nə qədər borcum var...

Şamonun söhbətindən bəlli oldu ki, bir müddət Astarda, sonra Lənkəranda. daha sonra Masallının Tüklə kəndində ayrı-ayrı şəxslərin mal-qarasını saxlayıb. İşlədiyi adamlarla bəzi problemlər də yaşayıb. Sonuncu sığınacağı Boradigahla Sirəbil arasında ferma olub.

Şamo Sövziyev: - Evim olmadığı üçün 6 nəfərlik ailə üzvümlə bu 15-20 kvadratmetrlik otaqda yaşayırıq. Yatağımız da budur, mətbəximiz də, hamamıımız da... Çoxlu borcum var. Uşaqlarımın 2-si məktəb yaşlıdır. Biri 7-ci, digər isə 3-cü sinifdə oxumalıdır. (Digər 2-si azyaşlıdır).  Lakin uşaqları təhsildən mərhumdurlar. Böyük qız arada 3 ay məktəbə gedib. İndi onlar məktəbə yollamağa heç bir imkanım yoxdur. Heç sosial da ala bilmirəm. 

Qabağdan bayram gəlir. Heç bilmirəm uşaqların süfrəsinə nə qoyacağam.

 Onların üzünə baxa bilmirəm. Aylarla dillərinə ləziz tikə dəymir. Üst-başları da it günündə. Qazandığım da borclarıma gedir.

Biz məktəb yaşlı uşaqların təhsilə cəlb olunması ilə bağlı Astara və Masallı Təhsil Şöbələrinin müdirləri ilə də əlaqə saxladıq. Yəqin ki, məsələ yanvar ayında həll olunacaq.

Bu yazını yazmaqda isə məqsədimiz xeyirxah insanları bu ailəyə yardımçı olmağa həvəsləndirməkdir. Onların isə hər şeyə ehtiyacı var-ərzağa, geyilmiş paltarlara, diş fırçasına, sabuna, rəngli kitablara. Daha oyuncaq-filan demirəm.

Yardımçı olmaq istəyənlər bizimlə əlaqə saxlaya bilər.

Zahir Əmənov. 0 50 (70) 322 75 23( SİM nömrə həm də Vatsapdır).

Rəy yaz




  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 2 010

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter