• Burada sizin reklamınız ola bilər!
  • Məktub yaz
 

Məşkur müəllimdən Məşhur müəllimə təbriklər


Rusiyanın tanınmış  iş adamı Məşkur Qasımovun Masallıdan (70 saylı DSK-dan) deputatlığa namizədliyi irəli sürülmüş Məşhur Məmmədova ürək sözü

Bu günlərdə Milli Məclisə deputatlığı irəli sürülmüş namizədlər sırasında təkcə Masallının yox, ölkənin dəyərli iş adamı Məşhur Məmmədovun adını görəndə olduqca sevindim və  qürurlandım. 


Mənə elə gəlir ki, ölkəmizdəki hər bir rayon fəxr edər ki, onu Milli Məclisdə Məşhur kimi insan təmsil etsin.

Birincisi,  Məşhur müəllim azad sahibkarlığın öncə Masallıda, sonra ölkəmizdə inkişaf etdirilməsində, Azərbaycan mebelinin dünya brendi qazanmasında çox uğurlu xidmətləri olub.

İkinci, onun xeyriyyə işləri kifayət qədərdir.

Yerli sakinlər, onu ölkədə tanıyan ziyalılar Məhşur haqqında  yəqin ki, öz ürək sözlərini deyəcək. Amma qısaca onu deyim ki, hətta onun opponenti, rəqibi varsa belə, onlar da Məşhurun əksinə deməyə çətin söz tapsın.


Həm yüksək intellektə malik insan, həm müasir bazar iqtisadiiyatını mükəmməl bilən sahibkar, həm dəyərli mənəvi keyfiyyətlərə malik bir şəxsiyyət kimi ona güvənməyə dəyər.

Bu günlərdə ölkə başçımız, cənab İlham Əliyev Sankt-Peterburqda bizimlə, Rusiyadakı azərbaycanlı iş adamları ilə görüşərkən qeyd etmişdi ki, bacarıqlı kadrlara daha geniş meydan verəcəyik. Elə bu günlərdə Məşhur müəllim kimi insanlara etimad göstərilməsi həmin sözlərin parlaq təsahürüdür.

İnanıram ki, qədirbilən Masallı camaatı Məşhur müəllimə yüksək etimad göstərəcək. Biz, Rusiyadakı, eləcə də dünyanın əksər ölkələrindəki azərbaycanlı iş adamları da Məşhuru ürəkdən dəstəkləyir və inanırıq ki, əl-ələ verib Masallının daha da gözəlləşdirəcəyik.

Əminəm kimi Məşhurun simasında biz, ölkəmizin adi yox, lider deputatlarından birini görəcəyik.

Uğurlar, Məşhur müəllim!

Məşkur Qasımov.

Sankt-Peterburqda Azərbaycan Milli Mədəni Muxtariyyəti Cəmiyyəti sədrinin birinci müavini ,  Yunan-Roma güləşi üzrə Sankt-Peterburq və Leninqrad vilayəti üzrə yığma komandanın prezidenti.

Rəy yaz




  • Elanlar
  • Yazarlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 2 010

Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter