10 yanvar 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT

- Ay qız, birini bilirsən, birini yox. Sənə deməsəm də , zəhrimar dükan yerinə borc-xərc bizim kişi də pul düzəldib, 30 min maya buraxmışdı. İndi bu başçı getsə, neylərəm? Onsuz da heç kimə bur parça sənəd vermirlər.
- Heç bilmirəm, xalqın mənə yazdığı qalaq-qalaq məktubları araşdı-rım, ya sənin dərdinə ağlayım?
- Bu qarda, çovğunda da yazırlar?
- Niyə yazmırlar? Heç ağlına gələr ki, bələdiyyə sədri də ot presi oğurlayar?
- Oğurlayar, işi məhkəməyə düşər?
- O hansı bələdiyyədir elə ?
- Tələsmə, bu yaxında biləcəksən.
- Kimdirsə, bədbəxtdir. 80 presdən nə qazanacaq ki? İndi şəhərin mərkəzindəki bələdiyyələr həyətyanı torpaq satmaq üçün bir “rüşvəttoplama” kampaniyası yaradıblar, elə bir həyətyeri pulundan 200 ot presinin pulunu çıxarırlar.
- Onu düz deyirsən. Gərək hər işi bacarasan. Müdir va, nə boyda təşkilatda acından ölür, amma adi bacarıqlı məktəb direktoru adi xidmətçilərin əmək haqqının “burun-qulağını” kəsməklə ayda azı 200 manat qazanır.
Bəs belələrinə cəza vermirlər
- Hələlik ”Tərəqqi” medalı verirlər, sonrasına baxacaqlar. Qıza, nə avam şeysən. Ona cəza verən şəxsin öz əməllərinə az qala güllələnmə düşür, sən nə qoyub, nə axtarırsan?
- Bir şey də soruşum. Keçən dəfə “qırmızı bilet “satan dəllallardan qiymət məsələsinə görə üzrxahlıq etmişdin, indi sakitləşdilər?
- Bu işlə bağlı bir qəribə əhvalat baş verib. Bu sahədə böyük mərdlik göstərən komissarımız qəbir üstündə qəzet satanımıza rast gəlib və dərhal soruşub: ”Yenə bizdən yazmısınız?” Həmin üzrxahlıqla bağlı yazını görəndən sonra nəinki qəzeti qaytarıb, hətta qəzet satana deyib ki, get burdan. Yəni qəbirstanlıqdan çıx. Qəzet satan da deyib ki, hamı əvvəl-axır bura gəlir, mən hara gedim. Qısası, komissar o tənqidi qeydləri oxumayandan sonra komissarlıqda hamı başlayıb rüşvətə tüpürməyə.
- Belə şeylərin qəmin eləmə. Gərək idarənin alnına əzəldən çaq-çuq yazıla. Vaxt var idi “əlillərin idarəsində” hər pensiyaçının, payçının payından 1-2 manat tutanda üsyan edirdik. İndi ünvanlı yardımdan bir ildə ən azı yarım milyon manat qazanırlar. Bunu da heç kim “görmür”.
- Nə isə, gecdir, gedək! Bu hay–hayda da “Siçanları Müdafiə Komitəsinin“ Mətbuat Xidmətindən poçtumuza məlumat daxil olub. Yazırlar ki, axı bu il bizim ilimizdir. Heç olmasa, bu il imkan verin, siçan balası siçan kimi yaşayaq.
- Onlara mane olan kimdir ki?
- Onlar da məmurlardan gileylidir. Deyirlər, xalqın ətin yeyəndə heç olmasa sümüyünü bizim üçün saxlayın ki, bu qış günü acından ölməyək.
Zahir əmənov
Rəy yaz
  • Yazarlar
  • Elanlar
  • PDF

Zahir Amanaov

  • 21:19
  • 491

Təcili satılır!

  • 04:07
  • 1 934
Sosialda Biz
  • Vkontakt
  • Facebook
  • Twitter